Cəbəliyyə qaçqın düşərgəsinə aviazərbə | |
---|---|
Ümumi məlumatlar | |
31°31′58″ şm. e. 34°29′53″ ş. u.HGYO | |
Tarix | 31 oktyabr 2023[1] |
31 oktyabr 2023-cü ildə Cəbəliyyə qaçqın düşərgəsinə aviazərbələr və ya Cəbəliyyə düşərgəsi qətliamı — İsrail Müdafiə Qüvvələrinin 31 oktyabr 2023-cü il tarixində Qəzza zolağındakı Cəbəliyyə qaçqın düşərgəsinin bombalaması.[2][3] İsrailin Qəzzəyə hücumu zamanı həyata keçirilən aviazərbə əsasən qadın və uşaqlar olmaqla 120-dən çox insanın ölümünə səbəb olmuşdur. Bu, geniş şəkildə qınanmışdır. Hadisə müharibə cinayəti hesab edilir.
Cəbəliyyə qaçqın düşərgəsi çox sıx məskunlaşmışdır və evakuasiya əmrinə baxmayaraq, sosial şəbəkələrdə yayılan videolarda çoxlu sayda mülki şəxsin düşərgədə qaldığı göstərilir. Düşərgə HƏMAS–İsrail müharibəsi zamanı İsrailin çoxsaylı hava hücumlarının hədəfi olmuşdur. Qəzzə Səhiyyə Nazirliyinin məlumatına görə, aviazərbə nəticəsində yüzdən çox insan dağıntılar altında qalmışdır.[4] İndoneziya Xəstəxanası bildirmişdir ki, ölənlərin çoxu qadın və uşaqlardır.[5] Qəzzə Zolağı Daxili İşlər Nazirliyi düşərgənin "tamamilə dağıdıldığını", ilkin hesablamalara görə 400-ə yaxın yaralı və ya ölü olduğunu bildirmişdir.[6] İMQ sözçüsü Daniel Haqari İsrail qırıcılarının qaçqın düşərgəsinə hücum etdiyini təsdiqləmiş,[7] və hücumun "Əl-Əqsa fırtınası" əməliyyatına rəhbərlik edən "HƏMAS" komandirinin, onlarla fələstinli yaraqlının öldürüldüyünü və Fələstin tunellərini məhv etdiyini bildirmişdir.[8] "HƏMAS" hər hansı bir komandirin burada iştirakını inkar etmiş və İsrailin bu iddiaları hücum üçün bəhanə kimi istifadə etdiyini əlavə etmişdir.[9]