Cəfər Salmasi | ||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Cəfər Məhəmməd Salmasi | ||||||||||||||||||||||||||||||||||||||||||||
Şəxsi məlumatlar | ||||||||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | İran | |||||||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | 22 sentyabr 1918 | |||||||||||||||||||||||||||||||||||||||||||
Doğum yeri | Qədhimiyə İraq | |||||||||||||||||||||||||||||||||||||||||||
Vəfat tarixi | 31 yanvar 2000 (81 yaşında) | |||||||||||||||||||||||||||||||||||||||||||
Vəfat yeri | ||||||||||||||||||||||||||||||||||||||||||||
Dəfn yeri | ||||||||||||||||||||||||||||||||||||||||||||
Çəkisi | 56-60 kq. | |||||||||||||||||||||||||||||||||||||||||||
İdman növü | ağır atletika | |||||||||||||||||||||||||||||||||||||||||||
Medallar
|
||||||||||||||||||||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Cəfər Salmasi (d. 1918 22 sentyabr, İraq, Qədhimiyə – ö. 31 yanvar 2000. İran İslam Respublikası) ) – azərbaycanlı ağır atletika idmançısı. İranın birinci Olimpiya medalını qazanmış idmançıdır.[1]
İraqda anadan olsa da, əslən Cənubi Azərbaycanın Salmas şəhərindəndir.
Ağır atletika ilə məşğul olmamışdan əvvəl Cəfər Salmasi Bağdaddakı məktəblərdən birində müəllim kimi çalışmışdır. Sonra rəsimli kitablardan istifadə edərək gimnastik hərəkətləri öyrənmişdir.[2]
Təxminən, 20 yaşında olarkən İrana səfər etmiş və bu səfər zamanı iranlı idman ustaları tərəfindən kəşf edilmişdir. Bundan sonra, İran çempionatında iştirak etmək üçün dəvət edilmiş və qalib olmuşdur. Bu qalibiyyətdən sonra İranı təmsil etmək üçün 1948-ci il London Yay Olimpiya oyunlarına göndərilmişdir. Qeyd etmək lazımdır ki, bu Olimpiya komandası İranın ilk Olimpiya komandası olmuşdur.
Olimpiya oyunlarından sonra Bağdada getmişdir. Burada idmanla yanaşı müəllimliklə də məşğul olan Cəfər Salmasi Səddam Hüseyn hakimiyyətə gəldikdən sonra ailəsi ilə birlikdə İrana köçmüşdür.
2000-ci ilin 31 yanvarında Tehran şəhərində vəfat etmişdir.
1948-ci ilin 7 iyulunda London Yay Olimpiya oyunlarında 56-60 kq idmançıların ağır atletika üzrə yarışında bürünc medal qazanmışdır. Bu medal İranın Olimpiya oyunlarında qazandığı ilk medaldır.[3]
1944-1948-ci illər arasında 5 dəfə İran çempionu olmuşdur.
1951-ci ildə Yeni Dehlidə keçirilən Asiya Oyunlarında qızıl medal qazanmışdır.