CERGE-EI

CERGE-EI (Center for Economic Research and Graduate Education – Economics Institute) Nyu-York Dövlət İdarə Heyətinin imtiyazıyla Amerikan üslublu İqtisadiyyat üzrə Master və Doktorantura, həmçinin Tətbiqi İqtisadiyyat üzrə Master (MAE) proqramları və Mərkəzi Avropa Elmləri üzrə bakalavr tələbə proqramı təchiz edən akademik institutdur. CERGE-EI həmçinin nəzəri və tətbiqi siyasi iqtisadiyyat üzrə tədqiqatlar da həyata keçirir. CERGE-EI Çarlz Universitetinin İqtisadi Tədqiqatlar və Aspirantura Təhsili üzrə Mərkəzinin və Çex Respublikasının Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun birgə səyi nəticəsində ərsəyə gəlmişdir. Mərkəz 1991-ci ildə Jan Švejnar və Jozef Zieleniec tərəfindən post-kommunist ölkələrindən yeni nəsil iqtisadiyyatçıların yetişdirilməsi məqsədilə yaradılmışdır. Hal-hazırda CERGE-EI-yə təhsil üçün Mərkəzi və Şərqi Avropadan, Rusiyadan və keçmiş Sovet respubliklarından, Mərkəzi Asiya və digər ölkələrdən tələbələr gəlirlər.

CERGE-EI-nin akademik icması

[redaktə | mənbəni redaktə et]

İnstitutun tələbə icması dünyanın 30 ölkəsindən, əsasən də Mərkəzi və Şərqi Avropa və post-Sovet ölkələrindən gələn təxminən 120 tələbədən ibarətdir. CERGE-EI nin daimi müəllim heyətini müxtəlif ölkələrdən olan 19 alim təşkil edir. Əsas heyət üzvləri iqtisadiyyat üzrə PhD dərəcəsini tanınmış ABŞ və Qərbi Avropa universitetlərində almışlar. Yeni müəllim heyətinin üzvləri akademik iqtisadiyyatçıların beynəlxalq bazarı vasitəsilə cəlb edilir. İnstitutun iş dili İngilis dilidir.

MA/PhD proqramı

[redaktə | mənbəni redaktə et]

PhD proqramı ABŞ-in iqtisadiyyat üzrə aspirantura modelinə uyğun hazırlanıb. O, iki illik standart kursdan və növbəti iki il və ya daha artiq vaxtı əhatə edən rəhbərli dissertasiya tədqiqatından ibarətdir. MA dərəcəsi iki illik standart təhsil kursunu müvəffəqiyyətlə bitirən tələbələrə verilir. CERGE-EI tələbələri tez-tez dissertasiya tədqiqatlarının bir hissəsini Qərbi Avropa və Şimali Amerikanın müttəfiq universitetlərində aparırlar. CERGE-EI-nin məzunları Beynəlxalq Valyuta Fondu və Avropa Yenidənqurma və İnkişaf Bankı kimi beynəlxalq təşkilatlar, universitetlər, konsaltinq firmaları, özəl maliyyə institutları və regional mərkəzi banklar və nazirliklər tərəfindən işlə təmin olunurlar. Bəzi CERGE-EI məzunlarının universiteti bitirdikdən sonra idarəetmə və konsaltinq vəzifələrinə yiyələnmələrinə baxmayaraq CERGE-EI-nin İqtisadiyyat üzrə MA/PhD-si Biznes İdarəetməsi üzrə Master (MBA) dərəcəsi ilə qarışıq salınmamalıdır.

Maliyyə dəstəyi

[redaktə | mənbəni redaktə et]

MA/PhD proqramına qəbul olunan bir çox tələbələr ilk iki il ərzində təqaüd və təhsil haqqını ödəmək üçün maliyyə yardımı ilə təmin edilirlər. İlk iki ildən sonra PhD proqramına davam edən demək olar bütün tələbələr də təhsil üçün maliyyə yardımı alırlar. Beşinci kurs tələbələri maliyyə dəstəyini İqtisadiyyat İnstitutunun Gənc Tədqiqatçıları (JEIRs) qismində əmək haqqı formasında əldə edirlər. Seçilmiş üç və dördüncü kurs tələbələrinin də bu kömək formasından istifadə hüququ vardır.

Akademik Bacarıqlar Mərkəzi

[redaktə | mənbəni redaktə et]

CERGE-EI tədris proqramına qəbul TOEFL və ya hər hansı İngilis dili imtahani ilə şərtləşdirilmədiyi üçün institut nəzdində tələbələrin öz dil və akademik bacarıqları üzərində işləyə biləcəkləri mərkəz fəaliyyət göstərir. İlk iki il ərzində tələbələrə ingilis dili məcburi kurs kimi tədris olunur və növbəti illər ərzində CERGE-EI tələbələri dissertasiya yazarkən akademik dil köməyindən bəhrələnə bilirlər.

MAE proqramı bir il üç semestrlik Tətbiqi İqtisadiyyat üzrə Master (MA) proqramıdır. Peşəkar ingilis dili dərsləri də (Akademik Təyinatlı ingilis dili kursları) daxil olmaqla bütün proqram ingilis dilində keçilir. Tələbələr akademik ixtisaslaşmanı müstəqil formada seçirlər. Akademik dərəcə Nyu-York Dövlət Təhsil Departamentinin İdarə heyəti kollegiyasının (Nyu-York Dövlət Universiteti) icazəsi əsasında verildiyindən ABŞ-də alınan dərəcə ilə eyni gücə malikdir. Tələbələr Praqada tələbə vizası və yaşayış yeri ilə təmin olunur və onlara digər lazımi köməkliklər göstərilir. Tətbiqi İqtisadiyyat üzrə MA dərəcəsi tələbələrə özəl şirkətlər, maliyyə institutları, konsaltinq firmaları, banklar və dövlət idarələri kimi yüksək məvacibli mötəbər qurumlarda iqtisadçı, analitik, məsləhətçi vəzifələrini tutmağa imkan yaradır.

Sosial Elmi Tədqiqat Şəbəkəsinin (SSRN) yüksək reytinqli İqtisadi Departamentlər və Tədqiqat Mərkəzlərinin siyahısinda CERGE-EI dünyanın 1 236 institutu arasında 58-ci yeri tutur. Həmçinin İqtisadiyyatdaTədqiqat İşləri (RePEc) CERGE-EI-ni Avropanın iqtisadi departamentləri/tədqiqat institutlarının sıralanmasında ən yüksək 6 faizinə daxil etmişdir.

CERGE-EI Qlobal İnkişaf Şəbəkəsinin (GDN) Mərkəzi və Şərqi Avropa regionunda nümayəndəsidir və GDNet-ə regional pəncərə funksiyasını daşıyır. GDN proqramı vasitəsilə CERGE-EI Mərkəzi Avropa ölkələrindən qabiliyyətli gənc elm xadiminə təxminən 25 tədqiat qrantı verir. Bu grantlara eyni zamanda təcrübəli alimlər tərəfindən ekstensiv rəhbərlik edilir. Keçmiş qaliblər haqqinda məlumatı və bu qrantlara müraciət qaydalarını bu əlaqə səhifəsində tapmaq olar.

Maliyyələşmə

[redaktə | mənbəni redaktə et]

CERGE-EI Çex hökumətinin ayırdığı təhsil və tədqiqat qrantları, digər Çex və xarici qurumların verdiyi qrantlar, həmçinin fərdlər, təşkilatlar və korporasiyalar tərəfindən verilən şəxsi ianələr hesabına maliyyələşir. Maliyyə vəsaiti toplama aksiyası iki məsul cəmiyyət ABŞ CERGE-EI fondu və Nadace CERGE-EI tərəfindən həyata keçirilir. Bəzi maliyyə vəsaitləri tələbələrin təhsil ödəmələrindən əldə edilir.