Calal Abdullai | ||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Ümumi məlumatlar | ||||||||||||||||
Tam adı | Calal Volci Abdullai | |||||||||||||||
Doğum tarixi | ||||||||||||||||
Vətəndaşlığı | ||||||||||||||||
Boyu | 186 sm[1] | |||||||||||||||
Mövqeyi | Hücumçu | |||||||||||||||
Klub haqqında məlumat | ||||||||||||||||
Klub | Elfsborq | |||||||||||||||
Nömrəsi | 14 | |||||||||||||||
Karyerası | ||||||||||||||||
|
||||||||||||||||
|
||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Calal Volci Abdullai (5 yanvar 2005, Qana) — Allsvenskan təmsilçilərindən olan "Elfsborq" klubunda hücumçu kimi çıxış edən peşəkar Qana futbolçusu.
Abdullai 2023-cü ilin yaz aylarında Qana təmsilçilərindən olan İnter Alayz klubundan İsveçə gəlmişdir. O, əvvəlcə "Elfsborq" klubunun U-19 komandası ilə məşqlərə başlamış, məşqlərdə uğurlu çıxışından sonra isə əsas komandaya dəvət edilmişdir. 2023-cü ilin iyul ayında klub Abdullaini transfer etmək qərarına gəlmişdir.[2][3] 2024-cü ilin aprel ayında Expressen jurnalı oyunçunu Allsvenskanda çıxış edən 5-ci ən yaxşı gənc futbolçu elan etmiş və onu "cilalanmamış almaz" adlandırmışdır.[4][5]
Abdullai klubda ilk qolunu 2023-cü ilin sentyabr ayında "Halmstad" klubuna qarşı oyunda vurmuşdur. Onun həlledici qolu ilə komandası rəqibinə 1-0 hesabı ilə qalib gəlmişdir.[6] Həmçinin həmin görüşdə Calal qırmızı vərəqə alaraq meydandan qovulmuşdur. 2024-cü ilin may ayında "AİK" klubuna qarşı oyunda dublla yadda qalan Abdullai qol sevincini rəqib komandanın azərkeşləri qarşısında çılğınca qeyd etdiyinə və formasını soyunduğuna görə sarı vərəqə ilə cəzalandırılmışdır.[7] 2024-cü ilin iyulunda isə o, "Myelbü" klubuna qarşı görüşdə 22-ci saniyədə qolla yadda qalmışdır.[8]
Abdullai 2024-25 UEFA Avropa Liqasının təsnifat mərhələsi çərçivəsində "Riyeka" və "Pafos" klublarına qarşı görüşlərdə fərqlənməyi bacarmışdır.[9][10] 2024-cü il yay transfer pəncərəsində çıxan şayiələrə baxmayaraq, Abdullai klub ilə 2028-ci ilə qədər yeni müqavilə imzalamışdır.[11][12]
Klub | Mövsüm | Liqa | Ölkə Kuboku | Avropa | Ümumi | |||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Diviziya | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | ||
Elfsborq | 2023 | Allsvenskan | 10 | 2 | 4 | 2 | 0 | 0 | 14 | 4 |
2024 | Allsvenskan | 19 | 4 | 0 | 0 | 6 | 3 | 25 | 7 | |
Ümumi karyera | 29 | 6 | 4 | 2 | 6 | 3 | 39 | 11 |