Camalnur Qadınəfəndi | |
---|---|
18 yanvar 1863 – 1876 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1850 |
Doğum yeri | |
Vəfat tarixi | 1876 |
Vəfat yeri | |
Dəfn yeri | Əl-Rifai məscidi, Qahirə, Misir xədivliyi |
Həyat yoldaşı | |
Uşağı | Əli Camal Paşa |
Ailəsi | Kavalalı ailəsi |
Camalnur Qadınəfəndi (1850, Qafqaz – 1876, Qahirə) — Osmanlıların Misir və Sudan hakimi, ilk Misir xədivi İsmayıl Paşanın xanımı.
Əslən şimali Qafqaz əsilli olan Camalnur xanım təxminən 1850-cı ildə dünyaya gəldi. Misirə gəlişi və saraya necə alındığı məlum deyil. Ancaq İsmayıl Paşaya Misirdəki hakimiyyətini ələ aldıqdan sonra təqdim edildiyi bilinir. 1869-cu ildə nigahlanan cütlüyün bu nigahdan 1875-ci ilin aprelində bir oğlu - Əli Camal Paşa (1875-1893) dünyaya gəldi. Ancaq cəmi bir il sonra Camalnur xanım doğuş zamanı dünyasını dəyişdi. Cənazəsi Qahirədəki Əl-Rifai məscidinə dəfn edildi.
Geridə qoyduğu oğlu Əli Camal Paşa isə İsmayıl Paşanın digər xanımı Şöhrət-fəza xanımın himayəsinə verildi. Təhsil aldığı Vyanada difteriya səbəbilə gənc yaşda vəfat edən Əli Camal Paşanın cənazəsi Qahirəyə gətirilərək anasının yanına dəfn olundu.