Cangüdən | |
---|---|
yap. 用心棒 | |
Janr | Döyüş |
Rejissor | Akira Kurosava |
Ssenari müəllifləri |
Rüdzo Kikusima Akira Kurosava |
Baş rollarda |
Toşiro Mifune Tasuya Nakaday |
Operator | Kadzuo Miyaqava |
Bəstəkar | Masaru Sato |
Montajçı | Akira Kurosava |
İstehsalçı | Toho Company Ltd. |
Distribütor | Toho[d], Netflix |
İlk baxış tarixi | 25 aprel 1961 |
Filmin növü | bədii film |
Müddət | 110 dəqiqə |
Büdcə | 90.870.000 ¥ |
Gəlir | 351.000.000 ¥ |
Ölkə | Yaponiya |
Dil | yapon dili |
İl | 1961 |
Rəng | ağ-qara |
Çəkiliş yeri | Yaponiya |
IMDb | ID0055630 |
Vikianbarda əlaqəli mediafayllar |
"Cangüdən" (yap. 用心棒) — rejissor Akira Kurosavanın filmi.
Filmdə baş verən hadisələr XIX əsrdə Yaponiya ərazisində baş verir. Kiçik bir şəhərcikdə iki quldur qəbilə yerli əhalini qorxu və vahimə altında saxlamaqdadırlar. Kuvabatake Sandzuro adlı avara samuray öz qılıncının və fitnə-fəsadlarının köməyi ilə həmin iki dəstəni qarşı-qarşıya qoyur. Bununla da samuray onların bir-birini məhv etməklərinə nail olur. Bu hadisədən sonra kiçik şəhərdə sakitlik bərpa olur və samuray oranı tərk edir.