Caqqi Vasudev | |
---|---|
Doğum tarixi | 3 sentyabr 1957 (67 yaş) |
Uşağı | 1 |
Fəaliyyəti | yazıçı, xeyriyyəçi, ətraf mühit fəalı |
isha.sadhguru.org | |
Vikianbarda əlaqəli mediafayllar |
Caqqi Vasudev (ing. Jaggi Vasudev, hind. जग्गी वासुदेव, kann. ಜಗ್ಗಿ ವಾಸುದೇವ್), daha çox Sadhquru kimi tanınır (ing. Sadhguru; 3 sentyabr 1957) — hind yoqu və mistiki. Dünyada yoqa proqramlarını həyata keçirən İşa Fondunun təsisçisi.
İyirmi beş yaşında, 23 sentyabr 1982-ci ildə Caqqi gələcək həyatını dəyişdirəcək dərin mənəvi təcrübə yaşadı. Sadhquru bir dəfə Maysordakı Çamundi təpələrinə necə getdiyini və gözləri açıq bir qayanın başında necə oturduğunu təsvir edir. Birdən bədəninin sərhədlərini hiss etməyi dayandırdı və onu əhatə edən hər şeylə birlik hiss etdi. Onun sözlərinə görə, o, harada olub-olmadığını ayırd edə bilməyib. O, ətrafındakı hər şeyi — qayaları, ağacları, torpağı özünün bir parçası kimi qəbul edirdi. Fikirləşdi ki, 10–15 dəqiqə keçib, amma normal vəziyyətinə qayıdanda, dörd-beş saata yaxın vaxt keçib, artıq hava qaralmışdı. Bunun hallüsinasiya olub-olmadığını bilmirdi, amma sonrakı günlərdə bu hal təkrarlanır və hər dəfə onu sözlə ifadə olunmaz xoşbəxtlik içində qoyub gedirdi. Bu epizod onun həyatını tamamilə dəyişdi. Caqqi həyatını bu təcrübəni bölüşməyə və insanlara ilahi təbiətinə yaxınlaşmaq imkanı verməyə çalışmaq qərarına gəldi.
1983-cü ildə o, Maysur şəhərində yeddi nəfərə ilk yoqa dərsini öyrətdi.
Zamanla o, motosikleti ilə dərslərin keçirildiyi kəndlər arasında səyahət edərək, yoqa dərslərini öyrətməyə başladı.
O, quşçuluq fermasında yaşayırdı və dərsləri üçün ödəniş almaqdan imtina edirdi. Onun tələbələrinin verdiyi pulu isə, yerli xeyriyyə təşkilatlarına bağışlaması onun üçün adi bir hal idi.
Caqqi Vasudev Bharatiya Canata partiyasının hinduist millətçiliyi (Hindutva) ideologiyasını paylaşdığına görə[1][2] və media çıxışlarında "dözümsüz millətçi" mövqe tutduğuna görə tənqid edilmişdir. O, inək kəsilməsinə tam qadağa qoyulmasının tərəfdarıdır və Hindistanda müsəlmanların hökmranlığı dövrünü Britaniya idarəçiliyindən daha pis olan "despotik işğal" kimi xarakterizə edir. Vasudev həmçinin 2019-cu ildə Balakot hava hücumunun, hərtərəfli Mal və Xidmətlər Vergisi və Vətəndaşlıq (Dəyişiklik) Aktının 2019-cu il tətbiqinin lehinə danışmış, Thoothukudi etirazlarını sənaye üçün təhlükə kimi pisləmişdir[3][4][5]. Vasudev sol liberalları Kəşmirdəki yaraqlılara yardım və yataqlıqda ittiham edir və JNU qiyamında iştirakları ilə tanınan Kanhaiya Kumar və Umar Xalidin dəmir barmaqlıqlar arxasına salınmasını təklif edir[6] Onun siyasət və tarix anlayışı dəfələrlə tənqid olunub[1][4] .
Vasudev həm də yalançı elm təbliğ etməkdə və elmi təhrif etməkdə ittiham olunur[7][8][9] . O, ay tutulması zamanı istehlak edilən bişmiş yeməyin insan bədəninin pranik enerjisini tükəndirməsi ilə bağlı elm tərəfindən dəstəklənməyən iddianı irəli sürmüşdür[10] . O, həmçinin klinik depressiya ilə bağlı çoxsaylı mifləri davam etdirir və həddindən artıq toksikliyinə baxmayaraq, ənənəvi hind təbabətində civənin istifadəsinə qoyulan potensial qadağaya qarşı çıxır[11][12] . Onun Hiqqs bozonu və vibhutinin güman edilən faydaları haqqındakı fikirləri elm tərəfindən sübut olunmadığı üçün rədd edilmişdir[13][14] .