Carnotaurus

Carnotaurus
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Carnotaurus
Beynəlxalq elmi adı

Karnotavr (lat. Carnotaurus) — əsasən böyük quru yırtıcılarından ibarət olan Terapoda qrupuna aid olan ətyeyən dinozavr idi. Bu tarixdən əvvəlki heyvan təxminən 71-65 milyon il əvvəl Orta Təbaşir dövründə mezozoy erasında yaşamış və "Ət yeyən" kimi tanınmışdır. Onun qalıqları Argentinada 1985-ci ildə paleontoloq Xose Fernando Bonapart tərəfindən aşkar edilmişdir. Bu növün xüsusiyyəti (elmi olaraq Carnotaurus sastrei adlanır) başında öküzlərdə görünənlərə oxşar, gözlərin üstündə yerləşən iki buynuza malik olmasından ibarətdir. Həmçinin, karnotavr dinozavrının başqa bir xüsusiyyəti, qalın, kobud dəri və sümük pulcuqları ilə örtülmüş, timsah görünüşlü bir bədənə sahib olması idi. Bu dinozavrın uzunluğunun 8 m, hündürlüyünün 3 m və bədən çəkisinin isə təxminən 2 ton olduğu güman edilir.