Cavad xan türbəsi

Cavad xan türbəsi
Cavad xan türbəsi
Cavad xan türbəsi
Xəritə
40°40′38″ şm. e. 46°21′29″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Şəhər Gəncə
Yerləşir Şah Abbas meydanı
Aidiyyatı Gəncə xanlığı
Memar Məmməd İbrahimov
Tikilmə tarixi 2005
Üslubu Arran memarlıq məktəbi
Vəziyyəti 5′3
Cavad xan türbəsi (Gəncə)
Cavad xan türbəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Cavad xan türbəsiGəncə şəhərində, Şah Abbas meydanında, Şah Abbas məscidinin yaxınlığında yerləşən türbə.

Hələ SSRİ dövründə məscidin həyətində fəvvarə inşa etmək məqsədilə aparıla qazıntılar zamanı təsadüfən ekskovator bir şeyə ilişir və təcili qazıntılar dayandırılır.Ərazidən üstü ərəb dilində yazılmış baş daşı və məzar aşkarlanır.Yazıların oxunması məzarın Gəncə xanı Cavad xana aid olduğunu göstərir və məzar mərkəzin etiraz və maneələrinə baxmayaraq bərpa edilir. Nəhayət 2005-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə məzarın üsütndə xana layiq türbə inşa edilərək Cavad xanın xatirəsi əbədiləşdirilir.[1]

Türbə Arran memarlıq məktəbi üslubuna uyğun bişmiş kərpicdən dördkünc formada inşa edilib və üstü gümbəzlə örtülmüşdür[2] Türbənin mərkəzində Cavad xanın məzarı durur.Əski baş daşı isə qiymətli eksponat kimi Gəncə Tarix Diyarşünaslıq Muzeyində saxlanılır.[3]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]