Cefri Çoser | |
---|---|
brit. ing. Geoffrey Chaucer | |
Doğum tarixi | təq. 1343[1] |
Doğum yeri | |
Vəfat tarixi | təq. 25 oktyabr 1400 |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | dilçi, şair, söz yazıçısı[d], filosof, siyasətçi, tərcüməçi, astroloq, yazıçı |
Janr | poeziya |
Tanınmış əsərləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Cefri Çoser (ing. Geoffrey Chaucer; təq. 1343[1], London, İngiltərə krallığı – təq. 25 oktyabr 1400, London, İngiltərə krallığı) — İngiltərənin və İngilis ədəbiyyatının ilk böyük şairi.
Gənc yaşlarından(17) İngiltərə sarayında qulluğa başladı. Kralın oğullarından John of Gaunt onu himayəsinə aldı. 1359-cu ildə Fransaya hərbi səfərdə iştirak etdi və fransızlara əsir düşdü. Lakin kral onu pul ilə geri aldı. Müxtəlif tapşırıqlarla əlaqədar olaraq Fransa və İtaliya şəhər dövlətlərinə səfər etdi. Həyatının sonunda kral tərəfindən Çoserə yüksək miqdarda təqaüd təyin olundu. 1400-cü ildə Çoser vəfat etdi və Vestminster kilsəsində dəfn olundu.
Cefri Çoser əsərlərini qəmgin deyil, pozitiv əfval-ruhiyyədə yaratmışdır. Əsas toxunduğu mövzular isə din, məhəbbət və qəhrəmanlıq hekayələridir. O bədii yaradıcılıqla yanaşı, tərcümə işi ilə məşğul olmuşdur. Əsərlərində özündən əvvəlkilərdən fərqli olaraq İngilis dilində yazmışdır. 1386-cı ildə yazdığı "Kenterberi hekayələri"ni İtaliya yazıçısı C.Bokkaççonun "Dekameron" əsərinin təsiri altında yazmışdır. XVII əsrin sonunda yaşamış ingilis tənqidçisi və şairi Con Drayden onu "ingilis dilinin banisi" adlandırmışdır.
Şair haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |