Cenevrə gölü | |
---|---|
ing. Lake Geneva | |
| |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 372 m |
Eni | 14 km |
Uzunluğu | 73 km |
Sahəsi | 582 km2 km² |
Həcmi | 89 km3 km³ |
Dərin yeri | 309 m, 152,7 m |
Orta dərinliyi | 154,4 m |
Yerləşməsi | |
46°26′ şm. e. 6°33′ ş. u.HGYO | |
Ölkələr | |
Regionlar |
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Cenevrə gölü, Leman (alm. Gen fersee, fr. Lac de Genéve, Lac Léman) — İsveçrə və Fransada göl. Alp dağlarındakı göllərin ən böyüyü.[1]
Sahəsi 582 km2 , uzunluğu 72 km, ən enli yeri 14 km, dərinliyi 310 m-ədəkdir. 372 m yüksəklikdə, Qərbi Alp və Yura dağları arasında qədim buzlaq dərəsində yerləşir.[1]
Sahilləri əsasən hündür və sıldırımlıdır. Rona çayı Cenevrə gölündən keçir; çayın axını göldən çıxdığı yerdə bəndlə tənzimlənir. Cenevrə gölü hövzəsinin çayları qar və buzlaqlardan qidalandığı üçün suyun səviyyəsi yayda qışa nisbətən 1 m-ədək qalxır. Səth suyunun temperaturu yayda 19– 24 °C, qışda 4–5 °C olur. Göl çox mənzərəlidir, iqlimi yumşaq və istidir. Balıqla zəngindir. Gəmiçilik var. Cenevrə, Lozanna, Montrö, Veve (İsveçrə) və Evyanleben (Fransa) kimi şəhəri və kurortlar gölün sahilindədir. Sahilləri boyu avtomobil və dəmiryolları keçir. Turizm inkişaf etmişdir.[1]