Ceremi Njitap

Ceremi Njitap
Ceremi Sorele Njitap Fotso
Ümumi məlumatlar
Doğum tarixi (45 yaş)
Doğum yeri Bafusam, Kamerun Kamerun
Vətəndaşlığı Kamerun Kamerun
Boyu 180
Çəkisi 78 kq
Mövqeyi sağ cinah müdafiəçisi
yarımmüdafiəçi
Əsas ayağı sağ
Karyerası
Gənclik karyerası
Kamerun Rasinq Bafusam
Klub karyerası[* 1]
1995—1996 Kamerun Rasinq Bafusam 28 (5)
1996—1997 Paraqvay Serro Porteno 10 (0)
1997—1999 Türkiyə Gənclərbirliyi 63 (11)
1999—2003 İspaniya Real Madrid 76 (2)
2002—2003  İngiltərə Midlsbro 34 (7)
2003—2007 İngiltərə Çelsi 109 (4)
2007—2010 İngiltərə Nyukasl Yunayted 54 (3)
2010 Türkiyə Ankaragücü 12 (2)
2010—2011 Yunanıstan AEL Larisa 11 (0)
Milli yığma[* 2]
1996—2010 Kamerun Kamerun 118 (13)
Təltif və medalları
Olimpiya oyunları
 
Qızıl Sidney 2000 Futbol
Afrika Millətlər Kuboku
 
Qızıl Qana-Nigeriya 2000
 
Qızıl Mali 2002

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ceremi Sorele Njitap Fotso (20 dekabr 1978[1][2][…]) və ya qısaca Ceremi Njitap olaraq da tanınan kamerunlu keçmiş futbolçudur. Fiziki gücü, döyüşkən oyun tərzi və sərbəst vuruş bacarığı ilə tanınan, sağ cinah müdafiəçisi, sağ cinah yarımmüdafiəçisimüdafiəyə meyilli yarımmüdafiəçi mövqelərində oynaya bilən çox yönlü bir oyunçu idi. Ceremi cəld və sürətli addım fəndlərinin ən böyük tətbiqedicilərindən biri sayılır və bu hərəkətlərdən bir çox qollarını vurmadan əvvəl rəqiblərini aldatmaq üçün istifadə edirdi.

Karyerasının ən uğurlu dövləri İspaniyanın Real Madridİngiltərənin Çelsi klublarında oynadığı illərə təsadüf edir. Belə ki, Real Madridin heyətində 1 dəfə İspaniya çempionu, 2 dəfə isə UEFA Çempionlar Liqasının qalibi olan Ceremi, Çelsi forması ilə 2 dəfə İngiltərə çempionu, 1 dəfə isə İngiltərə Superkubokunun qalibi olub.

1996–2000-ci illər aralığında 118 dəfə formasını geyindiyi Kamerun milli futbol komandasının heyətində 13 dəfə fərqlənən Ceremi 2000 Yay Olimpiya Oyunlarının qalibi olmaqla yanaşı 2 dəfə də Afrika Millətlər Kubokunun qalibi oldu.

Klub karyerası

[redaktə | mənbəni redaktə et]

Ceremi Kamerunun Bafusam şəhərində anadan olub. Futbolçu ailəsində böyüyən Ceremi, keçmiş futbolçu olan atası tərəfindən məktəbə diqqətini yönəltməyə təşviq edildi. Lakin daxili istedadının ardınca getməyə çalışan Ceremi universitetə qəbul imtahanları üçün oxumaqdan imtina etdi və peşəkar şəkildə futbol oynamağa başladı.

Ceremi karyerasına 1995-ci ildə doğma şəhərinin komandası olan Rasinq Bafusamda başladı. Kamerun Futbol Çempionatı komandalarından olan Rasinq 16 yaşlı Cereminin gəlişindən sonra liqada çempionluq qazandı və Kamerun Kubokunun qalibi oldu. Beləliklə Ceremi ilk titullarını qazanmağa başladı.

1996-cı ildə Ceremi, Braziliyada oyuna çıxan Kamerun milli futbol komandasının heyətindəki çıxışından sonra Paraqvay Birinci Divizionu klubu Serro Portenonun diqqətini cəlb etdi və 1997-ci ildə 18 yaşında Avropa futboluna qoşulmadan öncə bir neçə ay Paraqvay klubunda çıxış etdi.

Türkiyə və İspaniya

[redaktə | mənbəni redaktə et]

1997-ci ildə Super Liqa təmsilçisi Gənclərbirliyinə transfer oldu və burada 2 mövsümdə 57 oyun keçirdi. Buradakı çıxışı ilə dünya nəhəngi Real Madridin diqqətini cəlb etdi və 1999-cu ildə 20 yaşlı Ceremi 4,2 milyon avroya Madrid klubuna transfer oldu. Santyaqo Bernabeu stadionundakı üç ilində Ceremi İspaniya nəhəngi ilə iki dəfə Çempionlar liqasının qızıl medalını qazandı.

Beynəlxalq karyerası

[redaktə | mənbəni redaktə et]

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Karyera statistikası

[redaktə | mənbəni redaktə et]
Klubda keçirdiyi oyun və vurduğu qol sayı, mövsüm və yarış
Klub Mövsüm Liqa Ölkə Kuboku Liqa Kuboku Qitə miqyaslı Digər Ümumi
Divizyon Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol
Rasinq Bafusam 1995 Kamerun Futbol Çempionatı 5 0 5 0
1996 23 5 23 5
Ümumi 28 5 28 5
Serro Porteno 1997 Paraqvay Birinci Divizionu 6 0 4 0 10 0
Gənclərbirliyi 1997–98 Türkiyə Super Liqası 28 4 3 1 31 5
1998–99 29 5 3 1 32 6
Ümumi 57 9 6 2 63 11
Real Madrid 1999–00 La Liqa 20 0 2 0 8 0 30 0
2000-01 16 0 0 0 9 0 5 1 30 1
2001-02 9 0 2 0 5 1 0 0 16 1
Ümumi 45 0 4 0 22 1 5 1 76 2
Midlsbro 2002-03 Premyer Liqa 33 7 1 0 0 0 34 7
Çelsi 2003-04 Premyer Liqa 25 1 1 0 3 0 10 0 39 1
2004-05 13 0 2 0 1 0 4 0 20 0
2005-06 15 2 3 0 1 0 2 0 1 0 22 2
2006-07 19 1 3 0 3 0 2 0 1 0 28 1
Ümumi 72 4 9 0 8 0 18 0 2 0 109 4
Nyukasl Yunayted 2007-08 Premyer Liqa 27 2 0 0 1 0 28 2
2008-09 15 0 0 0 2 0 17 0
2009-10 Çempionşip 7 0 0 0 2 1 9 1
Ümumi 49 2 0 0 5 1 0 0 0 0 54 3
Ankaragücü 2009-10 Türkiyə Super Liqası 12 2 0 0 12 2
AEL Larisa 2010-11 Yunanıstan Super Liqası 10 0 1 0 11 0
Ümumi karyerası 312 29 21 2 13 1 44 1 7 1 397 34
  1. Njitap Geremi // Transfermarkt (çd.). 2000.
  2. Geremi // FBref.com (çd.).