Cessi Ceni | |
---|---|
ing. Jesse Jane | |
![]() Cessi Ceni; 7 yanvar 2010-cu ildə Nevada ştatının Las-Veqas şəhərində Sands Konvensiya Mərkəzində keçirilən AVN Adult Entertainment Expo sərgisində. | |
Doğum adı | Kindi Taylor |
Doğum tarixi | 16 iyul 1980[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 24 yanvar 2024[3] (43 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | Həddindən artıq doza[d] |
Ləqəbi | Cessi Ceni |
Həyat yoldaşı |
|
Boyu | 1.60 m |
Çəkisi | 50 kq |
Bədən ölçüsü | 96-56-84 |
Döş | 96 sm (4-cü ölçü, silikon) |
Göz rəngi | Qəhvəyi |
Saç rəngi | Sarışın |
Vətəndaşlığı |
![]() |
Fəaliyyəti | pornoaktrisa[d], model[d], aktrisa, jurnalist, kino aktrisası |
Fəaliyyət illəri | 2002–2024 |
Filmlərin sayı | 228 |
Mükafatları | AVN Awards |
IMDb | ID1377478 |
IAFD | JesseJane |
jessejane.com | |
![]() |
Cessi Ceni (16 iyul 1980[1][2], Fort Vort – 24 yanvar 2024[3], Mur[d], Oklahoma[3]) — amerikalı pornoaktrisa və model.
Ceni hərbçi atanın övladı olaraq ABŞ-nin Orta Qərb ştatlarında müxtəlif hərbi bazalarda böyüyüb. Uşaqlığından rəqs kurslarına yazılıb və Kanzas ştatının Rose Hill şəhərində lisey təhsili zamanı məktəbində Çirlidinq seçilib. Ceni orta məktəbi Oklahoma ştatının Mur şəhərində bitirib. 17 yaşında bir huter qızı kimi ilk işinə girib, daha sonra isə, 19 yaşında Havay Tropikində yeni işə düzəlib.
2000-ci ildə Cenin bir oğul dünyaya gətirib. O, eyni zamanda porno ulduz olan Rik Patriklə 2007-ci ildə evlənib. Bu ildən sonra Ceni əri ilə Oklahoma şəhərində yaşamağa başlayıb.
Ceni özünü biseksual kimi təsvir edib. 2004-cü ildə Ceni Hovard Stern Şouda uşaqlıq boynu xərçənginə görə histerektomiya keçirdiyini açıqlayıb.
24 yanvar 2024-cü ildə Ceni və onun sevgilisi Brett Hasenmuller Oklahoma ştatının Mur şəhərindəki evlərində həddindən artıq dozada narkotikdən ölü tapılıb.[4]