Ceyms Kerdin səyahəti

1916-cı il mayın 10-da Ceyms Kerdin səyahətinin sonunda Cənubi Georgiyaya çatmasının təsviri

Ceyms Kerdin səyahətiCənubi Şetland adalarındakı Fil adasından Cənubi Atlantik okeanındakı Cənubi Georgiya adalarına təşkil olunmuş 1500 km-lik kiçik qayıq səyahəti. Ser Ernest Şeklton və beş yoldaşı tərəfindən başladılan səyahətin məqsədi səyahəti 1914–1917-ci illərdə İmperial Trans-Antarktika ekspedisiyasının əsas gövdəsində qurtarmaq idi, lakin ekspedisiyanın Endurans gəmisinin yoxa çıxmasından sonra Fil adasında yekunlaşmalı oldu. Qütb tarixçiləri səyahətə bu günə kimi kiçik bir qayıqla edilən ən böyük səyahətlərdən biri kimi baxırlar.

1915-ci ili oktyabr ayında Veddel dənizindəki buz sahəsi Endurans gəmisini batırdı və Şeklton və yoldaşları dalğanın axını istiqamətində buz sahəsinin üstündə qaldılar. Onların sağ qaldıqları müddət ərzində qrup üzvləri daşqın düşərgələrini dağıtdığı zaman 1916-cı ilin aprel ayında şimala doğru çəkildilər. Sonra xilasedici qayıqlarında Fil adasına doğru getdilər, burada Şeklton qərara aldı ki, xilasolmağın ən təsirli yolu Cənubi Georgiyada xilasedici qayıqların birini satmaqdır.

Üç xilasedici qayıqdan biri olan Ceyms Kerd ən möhkəmi hesab edildi və səyahəti onunla təhlükəsiz sona yetirmək olardı. Şeklton onu ekspedisiyanın maliyyələşməsinə kömək olan istehsalçı və xeyriyyəçi Cənab Ceyms Ki Kerdin şərəfinə adlandırmışdı. Səyahətdən əvvəl, gəmi ustası Henri Makniş onu möhkəmləndirdi və Cənub okeanının əzəmətli dənizlərinə tabe olmaq üçün düzəltdi. Bir sıra böyük həcmli təhlükələrdən qurtulduqdan sonra qayıq 16 gün davam edən səyahətin ardından Cənubi Georgiyanın cənub sahillərinə çatdı. Şeklton və iki yoldaşı şimal ərazisindəki balina stansiyasına çatmaq üçün adanın dağlıq hissəsinə keçdi. Burada o, Fil adasının yenidən bərpasını və öz qrup üzvlərinin həyatlarını itirmədən öz evlərinə qayıtmalarını təşkil etdi. 1918-ci ildə Birinci Dünya Müharibəsi başa çatdıqdan sonra Ceyms Kerd 1919-cu ildə Cənubi Georgiyadan İngiltərəyə gətirildi və 1922-ci ildən Dalidç Kollecindəki Şelktonun köhnə məktəbində daimi olaraq nümayiş etdirildi.

Endurans gəmisi, 1915-ci ilin oktyabrında, buz sahəsinə dəyib əzilməzdən əvvəl yana əyilərkən.

1914-cü il dekabr ayının 5-də Şekltonun ekspedisiya gəmisi olan Endurans İmperial Trans-Atlantika Ekspedisiyasının ilk mərhələsində Veddel dənizinə çatmaq üçün Cənubi Georgiyanı tərk etdi.[1] Bu səyahətin məqsədi Veddel dənizinin ən çox araşdırılmış bölgəsi olan və sahil ərazisinin olduğu və Antarktikanın qitələrarası keçidinə çatdığı Vehsel buxtasına çatmaq idi.[2] Son dayanacağına çatmazdan əvvəl gəmi buz parçasının əhatəsində qaldı və 1915-ci il fevralın 15-dək onu oradan çıxartmaq üçün edilən uzunmüddətli səylərə baxmayaraq orada qaldı.[3] Növbəti 8 ay ərzində gəmi oktyabrın 27-nə kimi şimala doğru geri çəkildi və nəhayət, noyabrın 21-i buz dağının təzyiqinin aşağı doğru meyl etməsi səbəbilə tamamilə batdı.[4]

Onun 27 nəfərlik heyəti yavaş hərəkət edən buz üzərində düşərgə qurduqdan sonra Şeklton əsas diqqətini öz hissəsinin təhlükəsizliyini qorumaq üçün yönləndirdi.[5] Onun ilk planı ən yaxın quru ərazisinə çatmaq üçün buz sahəsini keçmək və orada gəmilərin olduğu bir məkanı tapmaq idi.[6] Yürüş başladı, lakin buzun səthinin sərt olması səbəbilə irəliləyə bilmədilər, sonralar Şeklton bu buz sahəsini "yumşaq, çox qırılmış və hər tərəfdən buz sahələrinin kəsişməsinə səbəb olan buz parçaları" kimi təsvir etmişdir.[7] Bir neçə gün ərzində hərəkət etmək üçün mübarizə aparıldıqdan sonra yürüş etmək fikrindən daşındılar; qrup düz bir buz lövhəsində "Səbr düşərgəsi"-ni qurdu və axının onları şimala doğru, açıq su sahəsinin olduğu əraziyə doğru çəkməsini gözlədilər.[8] Onlar üç xilasedici qayığı xilas edə bildilər, sonralar Şeklton bu qayıqları ekspedisiyanın ən əsas iştirakçılarının şərəfinə adlandırdı: Stankom Uills, Dadli Dokker və Ceyms Kerd.[9] Qrup 1916-cı il aprel ayının 8-nə qədər gözləməli oldu, bu zaman buz sahəsi parçalanmağa başlayanda onlar, nəhayət ki, qayıqları ordan çıxarda bildilər. Təhlükə ilə keçən 7 gün ərzində qayıqlarında üzdülər və aprel ayının 15-də Fil adasında müvəqqəti sığınacağa çatmaq üçün fırtınalı dənizlər və təhlükəli buz parçaları boyunca hərəkət etdilər.[10]

1916-cı il aprel ayında Endurans gəmisinin itməsindən sonra Şekltonun qrupu Fil adasına çatır.

Cənubi Şetland adalarının şərq sərhədlərində olan Fil adası ekspedisiyanın getməyi planladığı yerlərdən və normal gəmi marşrutlarının dayanacaqlarından çox uzaqda yerləşirdi. Onları orada heç bir xilasedici gəmi axtarmayacaqdı və xaricdəki digər heç bir xilasetmə qurumlarının onlara yardım etməsə də eyni dərəcədə əhəmiyyətsiz idi.[11] Ada müdafiəsiz və qonaq sevməyən idi, təmiz suyunun olmasına baxmayaraq səthində heç bir bitki mövcud deyildi və müəyyən müddətdə saq qala bilmək və ərzaq və yanacaq ilə təmin olmaq üçün az sayda suiti və pinqvinlər yaşayırdı.[12] Antarktikanın qışının ilkin nəfəsi yaxınlaşırdı: onların dar çınqıllı çimərlikdə qurduqları düşərgə davamlı olaraq əsən güclü külək və qar çovğunu nəticəsində demək olar ki, artıq dağılmışdı. Bir müddət sonra müvəqqəti düşərgədəki çadırların biri yıxıldı və digərlərini də məhv etdi. Əvvəlki ayların təzyiqləri və çətinlikləri artıq əksəriyyətinin əqli və fiziki cəhətdən çox yorğun olduğu qrup üzvlərinin narazılığına səbəb oldu.[13]

Bu şərtlərdə, Şeklton qərara aldı ki, qayıqlardan birini istifadə etməklə kömək əldə edə bilərlər. Ən yaxın liman 1000 km aralıda Folklend adalarındakı Stenli limanı idi, lakin güclü küləklər olduğundan ora çatmaq olduqca mümkünsüz idi.[11] Daha yaxşı seçim Cənubi Şetland adalar qrupunun qərb hissəsinin sonunda yerləşən Desepşen adasına getmək idi. Orada insan məskunlaşmamasına baxmayaraq, Hərbi Dəniz Nazirliyinin məlumatlarına əsasən, bu adada gəmi ustalarını bir sıra anbarları var və zaman-zaman balina ovçuları tərəfindən ziyarət edilir.[14] Lakin ora çatmaq üçün güclü küləklərlə mübarizə aparmaq lazımdır — ancaq xilas edicilərin nə zaman gələcəyi və ümumiyyətlə gəlib-gəlməyəcəyinə dair heç bir dəqiq məlumat yoxdur. Ekspedisiyanın ikinci komandanlığı olan Frank Vald və gəmi kapitanı Frank Vorsli ilə müzakirələrdən sonra Şeklton Cənubi Georgiya adasının şimal-şərqində yerləşən balina stansiyalarına çatmağı qərara aldı. Bu, Cənub okeanında sürətlə yaxınlaşan qış şəraitində 800 km-lik bir məsafədə uzun qayıq səyahəti idi, lakin daha sonralar əsən aramlı küləklərin köməyi ilə mümkün oldu. Şeklton fikirləşdi ki, "gəmi böyük buzlardan təmizləndiyi və qayıq böyük dənizləri təhlükəsiz keçdiyi halda qayıq üzvləri səyahət edə və bir ay içində xilasedicilərlə geri qayıda bilərlər".[11]

Xəritədə göstərilən mavi və yaşıl rəngli xəttlər səyahətinin birinci və ikinci qollarında Ceyms Kerdin marşrutlarını göstərir.

Cənubi Georgiyaya yola düşən qayıq güclü qasırğa və dalğalarla qarşılaşa bilərdi — qəddar Keyp Horn Rollers — ən aşağı nöqtəsi və ən yüksək zirvəsi arasındakı məsafə 18 m.[15] Buna görə də, Şeklton qayıqların arasında ən ağır və ən güclü olanını seçdi, bu da 6.9 m uzunluğunda olan Ceyms Kerd idi.[16] Bu qayıq Londonda Vorslinin əmri ilə balina qayığı kimi yaradılmışdır[17] və norveçli qayıq ustası Kolin Arçerin başçılığı ilə "ikiqat" prinsipinə əsasən hazırlanmışdır.[18] Şeklton ekspedisiyanın gəmi ustası olan Henri Maknişdən qayığı dəniz üçün daha dözümlü etməsini xahiş etdi.[19] Təkmilləşmiş alətlərdən və materiallardan istifadə edən Makniş gəminin hər iki tərəfini qaldırdı və öz işlərini yağlı boya, lampa çubuqları və suiti qanı ilə zənginləşdirərək ağac və kətan qurusundan istifadə etdi.[20] Daha sonra isə qayıq bir sıra xüsusi qurğularla təchiz edilmişdir.[21] Qayıq Dadli Dokkerin içərisində möhkəmləndirilmiş dor ağacı ilə gücləndirildi. Qayığın çəkisi təxminın 1016 kq əlavə yük ilə ağırlaşdırıldı və beləcə də Şekltonun da hesab etdiyi kimi yüksək dənizlərdə onların rastlaşacağı çevrilmə təhlükəsini azalatdı.[21]

Qayıq bir ay ərzində altı nəfərə çatacaq qədər təchizatla yükləndi. Sonralar Şeklton bu barədə yazır ki, "Əgər biz o zaman Cənubi Georgiyaya çatmasaydıq, əminəm ki, suyun altında olardıq".[19] Onlar içərisində biskvit, Bovril, şəkər və qurudulmuş süd olan ərzaq bağlamaları götürdülər. Həmçinin 18 qallon su (bunlardan biri qayığa yüklənərkən zədələnmişdi və onu dəniz suyuna atmışdılar), iki ədəd Primus sobası, parafin, yağ, şamlar, yuxu çantaları və müəyyən miqdarda ehtiyat geyim də götürmüşdülər.[19]

Şekltonun qayıq heyəti üçün ilk seçimi Vorsli və Tom Krin idi, hətta Krinə "getmək üçün yalvarırdı".[19] Krin 1901–1904-cü illərdə Diskoveri Ekspedisiyasında gəmi işçisi idi və 1910–1913-cü illərdə Skottun Terra Nova Ekspedisiyasında iştirak etmişdi və şimala doğru olan təhlükəli gedişdə fərqlənmişdi.[22] Şeklton əmin idi ki, Krin sona qədər davam edəcək[19] və Vorslinin gəmiçi kimi bacarıqlarına, xüsusilə də çətin vəziyyətlərdə mövqeləri hazırlamaq qabiliyyətinə malik olduğuna böyük inamı vardı.[19] Vorsli daha sonralar yazırdı: "Biz bunun indiyə kimi etdiyimiz ən çətin iş olduğunu bilirdik, Antarktikada qış artıq başlamışdı və biz dünyanın ən pis dənizlərindən birini keçmək istəyirdik".[23]

Qalan yerlər üçün Şeklton könüllüləri istədi və irəli gələnlərdən ikisi də güclü dənizçilər olan Con Vinsent və Timoti Makkarti idi. O, qalan sonuncu yeri gəmi ustası olan Maknişə təqdim etdi. Şeklton Makniş haqqında yazırdı ki, "Onun yaşı əllidən çox idi" (lakin əslində onun 41 yaşı vardı", "lakin yelkənli gəmilər haqqında yaxşı bilirdi və çox çəld idi".[19] Vinsent və Makniş buzlaqlardan Fil adasına səfər zamanı öz bacarıqlarını sübut etdilər.[21] Onların hər ikisi bir qədər qəribə xarakterə sahib idilər və onların seçimi Şekltonun şəxsi düşmənçiliyi adada saxlayaraq şəxsi ittihamları qapalı saxlamaq arzusu ilə üst-üstə düşürdü.[21]

Açıq qayıqda səyahət

[redaktə | mənbəni redaktə et]
Qrupun Fil adasında olan hissəsi 1916-cı ilin 24 aprelində Şekltonun rəhbərlik etdiyi Ceyms Kerd qayığının üzvləri ilə vidalaşır[24]

Adanı tərk eləməzdən əvvəl, Şeklton Frankı Ceyms Kerd qayığı yola düşdüyü zaman onun heyətinin kapitanı adlandırdı[25] və səyahətin uğursuz olacağı halda növbəti gələn yaz fəsli ərzində Desepşen adasında qrup üzvlərini qəbul etməyə hazır olmalı olduğunu bildirdi.[19] Ceyms Kerd səyahətə 1916-cı il aprel ayının 24-də başlamışdır. Külək aramla cənubdan qərbə doğru əsirdi, bu da sürəti artırmağa kömək etdi və qayıq tezliklə quru sahəsindən ayrıldı.[26]

Şeklton Vorsliyə təhlükə yarada biləcək buz sahələri ilə qarşılaşmamaq üçün birbaşa Cənubi Georgiyaya getmək əvəzinə şimala doğru hərəkət etməyi əmr etdi.[27] Gecə yarısına qədər onlar dərhal buz sahəsini tərk etdilər, lakin dənizdəki qabarmalar yüksəlirdi. Ertəsi gün onların Fil adasından 45 dəniz mili qədər uzaqda idilər, bu zaman onlar ağır dənizlərdə 9 güclü külək zərbəsi ilə üzürdülər.[27] Şeklton gəmidə olarkən belə bir rejim hazırlamışdı ki, 2–3 nəfər nəzarətdə qalaraq baxır, bunlardan biri gəmini sükan çarxın idarə edir, ikincisi yelkənlərə nəzarət edir, üçüncüsü isə gəminin aşağı hissəsində qalırdı.[27] Üç nəfərlik nəzarətçi qrupu kiçik örtülü sahədə istirahət etdi. Hər bir saatın sona çatması zamanı yerlərin mübadiləsi çətinliyi haqqında Şeklton yazırdı ki, "bizə çox ağrılar və çətinlilər yaratmasa da, onun əyləncəli tərəfi də var idi".[28] Onların Atlantika buzlaqları üçün nəzərdə tutulmuş geyimləri açıq dəniz üçün deyildi və suya davamlı quruluşu yox idi; buzlu dəniz suyu ilə yenidən təmasda olduqları dərilərini dözülməz bir şəkildə ağrayırdı.[29]

Səfərin müvəfəqiyyəti Vorslinin gəmini necə hərəkət edirməsindən asılı idi, çünki gəmi müxtəlif istiqamərtlərdə hərəkət etdikcə günəşin işığı altında getdiyi ərazilərin istiqamətlərini müəyyən edirdi.[29] Onlar ilk müşahidələrini iki gündən sonra etdilər və bu onlara göstərdi ki, Fil adasının şimalından 128 dəniz mil uzaqlaşmışdılar.[27] İndi onların istiqaməti birbaşa Cənubi Georgiyaya idi.[27] Onlar üzən bun parçalarının təhlükələrindən xəbərdar idilər, lakin nəhəng dalğaların təhlükə yaratdığı Dreyk keçidinə gəlib çatdılar.[29] Primusda gəminin hərəkəti isti yemək hazırlamaq üçün demək olar ki, imkansız idi, lakin onların aşbazı olan Krin bir şəkildə onları qida ilə təmin etməyi bacardı.[27]

Ceyms Kerd qayığının Fil adasının sahillərindən səyahətə başlaması, 24 aprel 1916-cı il.

29 aprel tarixində növbəti müşahidə onların adadan 238 dəniz mili uzaqlaşdıqlarını göstərdi.[30] Bundan sonra, dəniz üzgüçülüyü başladı və hava getdikçə daha da pisləşdikcə Vorsli bunu belə ifadə edirdi ki, " Heç bir əsası olmayan gümanların şən jesti".[31] Ceyms Kerd ağır dənizlərdə hərəkət edirdi və hər an batma təhlükəsi vardı.[32] Temperatur kəskin şəkildə aşağı düşdü və beləcə qayığın ümumi tarazlıq səviyyəsini təhlükə altında qoya biləcək buz qırıltılarının yığılmaları ilə yeni bir təhlükə meydana gəldi.[29] Öz növbəsinda onlar qayığın göyərtəsini buz qırıntılarından təmizləməli idilər. Növbəti 48 saat ərzində dəniz lövbərinin köməyi ilə küləyin qayığın yelkən açması və hərəkətinin davam etməsinə şərait yaratmasına qədər fəaliyyətlərini dayandırdılar. Uzun sürən ağır zəhmətlərinə baxmayaraq Vorslinin müşahidələrinə əsasən mayın dördü Cənubi Georgiya adasından yalnız 25 dəniz mili uzaqda idilər.[33]

Mayın 5-də kəskin havalar yenidən qayıtdı və onları ən böyük dənizlərdəki bu günə qədər ən böyük fəlakətə yaxınlaşdırdı. Şeklton daha sonra bu barədə yazırdı: "Biz qayığımızı qaldırdıq və böyük dalğalardakı sörfinq kimi irəliyə doğru irəlilədik".[34] Qayığın ekipajı qayığın suda qalması üçün bütün səylərini ortaya qoydular. Buna baxmayaraq, onlar hələ də öz məqsədlərinə çatmaq üçün irəliyə doğru hərəkət edirdilər və növbəti gün may ayının 6-da Vorslinin qeyri-dəqiq hesablamalarına görə Cənubi Georgiyanın qərb hissəsində 115 dəniz mili uzaqda idilər.[34] Son iki həftə içərisində yaşananlar artıq özünü büruzə verirdi. Şeklton müşahidə edirdi ki, Vinsüent son dərəcə çox yorğundu, lakin qayıq ekipajının ən fəal üzvüdür, Makkarti "fiziki cəhətdən zəif, lakin xoşbəxt" görsənirdi, Makniş də çox zəifləmişdi, lakin hələ də "əzmli və möhkəm" idi.[34]

Ceyms Kerdin Cənubi Georgiya yaxınlığındakı təsviri.(Şekltonun qrupunun hesablamalarına əsasən)

Mayın 7-də Vorsli Şekltona qarşıdakı 10 mil məsafə boyunca mövqelərindən əmin ola bilməyəcəyini bildirdi.[35] Şiddətli cənub-qərb küləklərinin təsirindən qayığın çevriləcəyi ehtimalını aradan qaldırmaq üçün Şeklton qayığın istiqamətini bir qədər dəyişməyi əmr etdi, beləcə Ceyms Kerd insan məskunlaşammış cənub-qərb sahillərində quru sahəsinə çata bilərdi. Daha sonra isə onlar adanın şimal hissəsindəki balina stansiyalarına çatmaq üçün qayığı idarə etməyə çalışdılar.[34] Şeklton ayzırdı: "Bu günlərdə hər şey bizim üçün çox pis oldu". "Gecənin uzun, çətin saatlarında bir fincan isti süd içdiyimiz zaman ən parlaq anlarımız idi".[34] Həmin gün orada xeyli sayda üzən dəniz yosunları vardı və növbəti səhər də çoxlu qaranquşlar müşahidə etdilər.[35] Mayın 8-də günorta saatlarından qısa bir müddət sonra Cənubi Georgiya adasının ilk nişanəsi görünməyə başladı.[35]

Sahil xəttinin yüksək qayalarına yaxınlaşdıqları zaman, ağır dalğalar dərhal quruya enmələrinə imkan vermədi. 24 saatdan çox müddət ərzində onlar küləyin şimal-qərbə doğru şiddətli əsdiyi və tez-tez "bu günə kimi heç birimizin yaşamadığı ən pis qasırğalardan birinə" çevrildiyi zaman hərəkətsiz durmaq məcburiyyətində qaldılar.[34] Bu vaxtın əksər hissəsi ərzində onlar sahilindən beş kilometr uzaqlıqda yerləşən Cənubi Georgiya sahillərindəki qayalıqlara çırpılmaq və ya eyni dərəcədə təhlükəli olan Annenkov adasında qəzaya uğramaq təhlükəsinə məruz qalmışdılar.[29] Mayın 10-da fırtına bir qədər azaldıldığı zaman Şeklton ekipajın zəif üzvlərinin daha bir gün də çətinlikərə tab gətirə bilməyəcəklərində narahat idi və təhlükəyə baxmayaraq onlar sahilə enmək üçün bir cəhd etməyə çalışdılar. Onlar Kral Haakon körfəzinin girişinə yaxın Mağara buxtasına doğru yola düşdülər və nəhayət, bir neçə cəhddən sonra orada sahilə enə bildilər.[34] Şeklton daha sonra qayıq səyahətini "ən böyük mübarizələrdən biri" kimi təsvir edirdi;[36] tarixçi Karolin Aleksandr qeyd edirdi: "Onlar haqqında heç bir məlumat olmaya bilərdi və ya onalr köməksiz qalardılar . Ceyms Kerdin səyahəti ən uğurlu qayıq səfərlərindən biri sayılır".[37]

Cənubi Georgiya

[redaktə | mənbəni redaktə et]
Cənubi Georgiya. Ceyms Kerdin sahilə çıxdığı Kral Haakon buxtası cənub hissəsinin qərb (yuxarı) ucundan böyük bir boş sahədir.

Qrup üzvləri bərpa edildikdən sonra Şeklton qayığın balina stansiyalarına çatmaq üçün daha bir səyahət etməyə qadir olmadığını və Vinsent və Maknişin fiziki güclərinin azaldığı üçün artıq səyahət etmək gücünün olmadığını anladı. O, qayığı Kral Haakon körfəzi daxilində təhlükəsiz bir yerə aparmağa qərar verdi, o zaman Vorsli və Krin Stromnessdəki stansiyaya çatmaq üçün hərəkət etdilər.[38]

Mayın 15-də Ceyms Kerd buxtasının sahilə yaxın hissəsinin yaxınlığındakı çimərliyə tərəf irəlilədi. Burada qayıq sahilə çıxarıldı və sığınacaq ilə təmin edildi. Həmin yer "Peqotti düşərgəsi" adlanırdı.[39] Mayın 18-i səhər tezdən Şeklton, Vorsli və Krin Cənubi Georgiya adasının daxili hissəsinə ayaq basmış ilk şəxslər oldular.[40] Onların xəritələri olmadığı üçün dağ silsilələri və buzlaqlar üzərində hərəkət edə bilmək üçün qabaqcadan yol planı hazırlamalı idilər. Onlar Stromnessə çatmaq üçün 36 saat boyunca davamlı səfər etdilər. Vorsli qeyd edirdi ki, "Şekltonun qrup yoldaşları qorxunc bir üçlüyə çevrilmişdi".[41][42] Mayın 19-u axşam Makkarti, Makniş, Vinsent və Ceyms Kerdi götürmək üçün Kral Haakon buxtasına motorlu gəmi göndərildi.[43][44]

Cənub hissəsinin soyuq qışının gəlməsi və əlverişsiz buzlanma şərtləri Şekltonun Fil adasındakı qalan ekipaj üzvlərinə yardım etmək üç aydan çox vaxt sərf etməli olduğunu nəzərdə tuturdu. ilk cəhdi Britaniya gəmisi olan "Cənub Səması" idi, daha sonra isə Uruqvay höhuməti onu gəmi ilə təmin etdi, lakin daha sonra isə Şeklton bu gəmini geri qaytarmalı idi, Falkland adalarında araşdırma edərkən o, üçüncü cəhdini etmək üçün Emma adlı gəmini tapdı, lakin gəminin mühərriki partladı, sonra nəhayət Luis Padonun başçılığı ilə buxar gəmisi olan Yelxonun köməyi ilə sentyabrın 3-ü 1916-cı ildə qrupun bütün üzvləri Çilinin Punta Arenas şəhərində təhlükəsizliyə qovuşdular.[45]

Almaniyanın Hamburq şəhərində keçirilən Beynəlxalq Dəniz Muzeyində Ceyms Kerd 2 qayığının nümayiş edilməsi.

Ceyms Kerd 1919-cu ildə İngiltərəyə qayıtdı.[46] Şeklton 1921-ci ildə Şeklton-Rovelt Ekspedisiyası ilə yenidən Antarktikaya səfər etdi. Yanvar ayının 5-i 1922-ci ildə ekspedisiyasının gəmisi olan "Qest" Cənubi Georgiya adalarına yaxınlaşdıqda anidən infarkt keçirərək dünyasını dəyişdi.[47] 

Ceyms Kerd Londonun cənubindakı Dalidç kollecində saxlanılır.

Növbəti il onun son ekspedisiyanı maliyyələşdirən və Şekltonun Lndonun cənubundakı Dalidç kollecindən məktəb yoldaşı olan Con Rovett Ceyms Kerd qayığı kollecə bağışlamağı qərara aldı. Nümayiş edildiyi bina 1944-cü ildə bir neçə dəfə atılan atəşlər nəticəsində zədələnsə də, qayıq orada 1967-ci ilə qədər qaldı. 1967-ci ildə Ceyms Kerd qorunması üçün Milli Dəniz Muzeyinə verildi və bərpa edildi. Daha sonra isə 1985-ci ilə Dalidç kollecindəki Cənubi Georgiya adalarından və Aberistuit adasından toplanan daşlardan hazırlanan yeni məkanına köçürülənə qədər həmin muzeydə nümayiş edildi.[48] Bəzən böyük sərgilərə göndərilməsinə və Londonda Qayıq şousunda və Qrinviç, Porstmut Falmut şəhərlərindəki tədbirlərdə nümayiş ediləsinə baxmayaraq bu yer Ceyms Kerdin daimi evinə çevrildi. Ceyms Kerd həmçinin Vaşinqton, Nyu-York, Sidney, AvstraliyaBonn şəhərlərində nümayiş olunmaq üçün xarici ölkələrə aparılmışdır.[46]

Ceyms Kerd Cəmiyyəti 1994-cü ildə "Antarktidada kəşf edilən gözəl qəhrəmanların şərəfinə onların xatirəsini qorumaq və Cənab Ernest Şekltonun adı ilə bağlı olan onun görkəmli liderlik keyfiyyətlərini yüksək qiymətləndirmək" üçün yaradılmışdır.[49]

2000-ci ildə alman qütb səyahətçisi olan Arved Fuxs Şekltonun qayığının eynisini yenidən yaradaraq onu "Ceyms Kerd 2" adlandırdı. "Şeklton 2000" adlı ekspedisiyasında o, Şekltonun səyahətini yenidən təkrarlamağı bacardı və onun ekspedisiyası Fil adasından cənubi Georgiya adasına səfər etdi. Ceyms Kerd 2 Hamburqdakı Beynəlxalq Dəniz Muzeyi açılarkən nümayiş edilən ilk ekspozisiyalardan biri idi. Ceyms Kerd qayığının növbəti təkrarı Massaçusets ştatının qayıq ustası Bob Vallas tərəfindən yaradıldı; bu qayıq Cənubi Georgiyanın İrs Təminatı tərəfindən satın alınmışdır və 2008-ci ilə kimi Qritvikendəki Cənubi Georgiya muzeyinin bir hissəsi olan Karr Dəniz Qalereyasında nümayiş edilmişdir.[50] 2011-ci ildə yeni 10.5 metr uzunluğunda olan motorlu qayıq Ceyms Kerd 4 adlandırıldı.[51]

Ceyms Kerd qayığının ekipajı.
  1. Shackleton, South, p. 3
  2. Huntford, p. 367.
  3. Shackleton, South, pp. 29–34
  4. Shackleton, South, p. 98
  5. Huntford, p. 460.
  6. Huntford, pp. 456–457
  7. Shackleton, South, pp. 102–106
  8. Shackleton, South, pp. 107–116.
  9. Huntford, p. 469.
  10. Shackleton, South, pp. 120–143, Shackleton (p. 143) claimed it as the first landing ever on the island..
  11. 1 2 3 Shackleton, South, pp. 156–157
  12. Huntford, p. 523
  13. Alexander, pp. 130–32.
  14. Shackleton, South, p. 119.
  15. Alexander, p. 132.
  16. Shackleton, South, p. 149.
  17. Worsley, p. 37.
  18. Huntford, pp. 504, 525, The boat was sharp at stern and bow, to facilitate movement in either direction.
  19. 1 2 3 4 5 6 7 8 Shackleton, South, pp. 157–162.
  20. Huntford, p. 525.
  21. 1 2 3 4 Alexander, pp. 134–135.
  22. Huntford, pp. 401–402.
  23. Worsley, quoted in Barczewski, p. 105.
  24. "http://archival.sl.nsw.gov.au". 2022-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-03.
  25. Alexander, p. 139
  26. Huntford, p. 527.
  27. 1 2 3 4 5 6 Huntford, pp. 548–553.
  28. Shackleton, South, p. 167.
  29. 1 2 3 4 5 Barczewski, pp. 107–109.
  30. Barczewski, pp. 107–109
  31. Worsley, p. 88.
  32. Huntford, p. 557.
  33. Huntford, p. 560.
  34. 1 2 3 4 5 6 7 Shackleton, South, pp. 174–79.
  35. 1 2 3 Alexander, p. 150.
  36. Shackleton, South, p. 165.
  37. Alexander, p. 153.
  38. Shackleton, South, pp. 185–186 and p. 191.
  39. Shackleton, South, p. 191.
  40. Huntford, p. 571, states that Norwegian skiers had "probably" crossed at various points, but these journeys were not recorded.
  41. Quoted by Huntford, p. 597.
  42. Huntford, pp. 597–598.
  43. Shackleton, South, p. 208.
  44. Worsley, quoted in Huntford, p. 602.
  45. Shackleton, South, pp. 210–222.
  46. 1 2 "The James Caird Society" Arxivləşdirilib 2019-04-19 at the Wayback Machine. James Caird Society. Retrieved 19 August 2008.
  47. Huntford, pp. 689–90.
  48. "Eminent Old Alleynians: Sir Ernest Shackleton". Dulwich College. Archived from the original on 22 June 2013. Retrieved 23 August 2008.
  49. "The James Caird" Arxivləşdirilib 2016-09-11 at the Wayback Machine. Dulwich College. Retrieved 19 August 2008.
  50. Davidson, Elsa (April 2009). "The Carr Maritime Gallery, South Georgia Museum" Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine (PDF). South Georgia Association Newsletter. Huntingdon, England. p. 5. Retrieved 5 December 2016.
  51. "Mustang Delivers SMB for Royal Navy" Arxivləşdirilib 2013-07-26 at the Wayback MachineMaritime Journal. 12 December 2011. Retrieved 5 December2016.
  • Karolin Aleksandr (1998). Endurans: Şekltonun əfsanəvi Antarktika ekspedisiyası. London: Blumsberi.
  • Stefani Barszevski (2007). Antarktika destinasiyası: Skot, Şeklton və qəhrəmanlığın dəyişən üzü. London: Hambledon Kontinuum.
  • Roland Hantford (1985). Şeklton. London: Hodder & Stoughton.
  • Ernest Şeklton (1985). "Cənub: Şekltonun 1914–1917-ci illərdə baş tutan səyahətinin hekayəsi". London: Əsr nəşriyyatı.
  • Frank Vorsli (1999) [1933] "Şekltonun qayıqla səyahəti". London: W W Norton. nəşriyyatı.
  • "Qədim Alleynilər: Cənab Ernest Şeklton". Dalidç kolleci. 22 iyun 2013-cü ildə arxivləşdirilib. 23 avqust 2008-ci ildən götürülmüşdür.
  • "Ceyms Kerd". Dalidç kolleci. 7 noyabr 2013-cü ildən götürülmüşdür.
  • "Ceyms Kerd Cəmmiyyəti". Ceyms Kerd Cəmiyyətinin nəşriyyatı. 19 avqust 2008-ci ildən götürülmüşdür.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]