Bu məqalə qaralama halındadır. |
Ceyms Makkin Kettell | |
---|---|
James McKeen Cattell | |
Doğum tarixi | |
Doğum yeri | Easton, Pensilvanya |
Vəfat tarixi | (83 yaşında) |
Vəfat yeri | Lancaster, Pensilvanya |
Milliyyəti | Amerikan |
Elm sahələri | Psixometriya, Psixologiya |
Elmi dərəcəsi | Professor |
İş yerləri | Kembric Universiteti, Pensilvaniya Universiteti, Kolumbiya Universiteti |
Alma-mater | Leypsiq Universiteti (Fəlsəfə doktoru) |
Təhsili | |
Elmi rəhbəri | Vilhelm Vundt |
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
Ceyms Makkin Kettell (25 may 1860[1][2][…], Easton[d], Pensilvaniya – 20 yanvar 1944[1][2][…], Lankaster, Pensilvaniya) — amerikalı psixoloq ve Amerika Birıəşmiş Ştatlarında psikologiya professoru adını almış ilk elm adamı. Professor adını Pensilvaniya Universitetindən alan C. M. Kettell Amerikadakı Funksionalizm cərəyanının ən əhəmiyyətli təmsilçilərindən biri olmasına baxmayaraq heç vaxt rəsmi şəkildə bu cərəyana qoşulmamışdır. Kettell reaksiya müddətindəki fərdi fərqlilikləri əhatə edən araşdırmalar aparmış, test yönümlü yanaşmaya üstünlük vermişdir. İntellekt əmsalı anlayışını təqdim edən ilk psixoloq olan Kettell, tez-tez Körpələrin İntensivliyi Ölçüsünün (CIIS) müəllifi olan Reymond Bernard Kettell ilə səhv salınır. Kettell, psixologiya elminin əsasının ölçmə və təcrübəyə əsaslanmalı olduğunu müdafiə edirdi. 1921-ci ildə məqsədi psixologiya elmini inkişaf etdirmək və psixoloji tədbiqlərin istifadəsini artırmaq olan Psixologiya Dərnəyinin əsasının qoyulmasında təsiri böyük olmuşdur.[3]
C. M. Kettell 1860-cı ildə Pensilvaniya ştatının Easton əyalətində dünyaya gəlmişdir. Ailənin ən böyük və ən çox sevilən uşağı olaraq böyümüşdür. Ceyms bakalavr dərəcəsini atası Uilyam Kassadinin onun doğulmasından qısa müddət sonra sədrliyə yüksəldiyi Lafayette Kollecində aldı. O dövrdə fəlsəfə ilə maraqlanan Kettell, fəlsəfə mövzusunda yazdığı yazı sayəsində Cons Hopkins Universitetində təqaüd qazandı.
Akademik həyatının əvvəllərində psixologiya ilə maraqlanmayan Kettell, hətta təhsil məqsədilə getdiyi Cons Hopkins Universitetində bir müddət psixologiya dərslərində iştirak etməmişdir. Kettellin psixologiya sahəsinə olan marağı narkotik vasitələrdən istifadə etdikdən sonra ortaya çıxmışdır. Narkotik vasitələrin onun öz zehni funksiyaları üzərindəki təsiri ilə maraqlanmış, morfin, tiryək, kofein və tütündən istifadə etmişdir. Belə bir təcrübədən sonra Kettell Cons Hopkins Universitetindəki təhsilinin ikinci hissəsində G. Stanley Hollun psixologiya dərslərində iştirak etməyə başlamışdır. Bu müddətdən sonra o, psixoloq olmağa qərar verərək, fərqli zehni fəaliyyətlərin tələb etdiyi müddəti araşdırmışdır.[4]
C. M. Kettell magistr dərəcəsi almaq üçün əvvəlcə Göttingenə, daha sonra Leypsiqə Vilhelm Vundtun yanına getdi. Daha sona Cons Hopkins Universitetində təhsil almaq şansı qazandı. Qısa bir müddətdən sonra, o, 1883-cü ildə, Vilhelm Vundtun assistenti olmaq üçün Leypsiqə qayıtdı. Lakin Kettell araşdırmaq istədiyi mövzular Vilhelm Vundtun psixologiyası ilə demək olar ki, uyğun olmayan fərdi fərqliliklərdən ibarət idi. Bu, vəziyyət Kettellin bəzi araşdırmalarını öz otağında həyata keçirdiyini iddia etməsinə səbəb olmuşdu. Buna baxmayaraq, yenə də son halda Vilhelm Vundt və C. M. Kettell araşdırmalarının dəyərləri barədə eyni fikri paylaşırdılar.
1886-cı ildə Kettell məzun olduqdan sonra əvvəlcə Bryn Mawr və Pensilvaniya Universitetində psixologiya, daha sonra isə Kembric Universitetində repetitorluq etdi. C. M. Kettell Kembric Universitetində işlədiyi müddətdə Sir Francis Qalton ilə görüşmüş və bundan çox təsirlənmişdir. Hər şeyi sayan insan kimi tanınan Qaltonun, psixoloji sistemdə ölçü və statistikanın roluna verdiyi əhəmiyyəti mənimsəyən C. M. Kettell sıralanma və təsnifləndirmə fəaliyyəti üzərindəki qətiyyətli duruşu ilə ilk Amerikalı psixoloqlardan biri olmuşdur. 1888-ci ildə atasının dəstəyi ilə Kettell Pensilvaniya Universitetində psixologiya sahəsində professor oldu. Üç il burada fəaliyyət göstərdikdən sonra 1891-ci ildə Kolumbiya Universitetinə getmişdir. 26 il burada psixologiya professoru olaraq fəaliyyət göstərən Kettell psixologiya kafedrasının başçısı kimi də çalışmışdır. Lakin Kettellin bəzi mənfi davranışları 1917-ci ildə vəzifəsindən kənarlaşdırılması ilə nəticələndi. Kolumbiya Universitetindən ayrılan Kettell özünü məsləkdaşlarından təcrid edərək vaxtının əksər hissəsini psixologiya sahəsindəki dərnəklərə və birliklərə sərf edərək sanki bir psixologiya sözçüsü olmuşdur. Kettell 1895-ci ildə APA-ya sədrlik etmiş, 1900-cü ildə Milli Elmlər Akademiyasına seçilən ilk psixoloq olmuş və Kembric Universitetində tanış olduğu S. F. Qaltonun Yevgenika haqqındakı tədqiqatlarından təsirləndiyi üçün yevgenik baxış bucağını mənimsəmişdir.[4]
C. M. Kettellin Yevgenika ilə əlaqəli fikirlərinə təkamül nəzəriyyəsi və "fərdi fərqliliklər psixologiyası"nı araşdırmasına səbəb olan Çarlz Darvinin tədqiqatları böyük təsir göstərmişdir. Yevgenika anlayışı ilk dəfə Sir Francis Qalton tərəfindən irəli sürülmüş, sağlam olmayan dölləri ayırıb və sağlam döllər yetişdirmək üçün yollar axtaran, sosial mübahisəli ictimai bir cərəyan və ya sosial fəlsəfədir. Yevgenika haqqındakı fikirləri ilə əlaqədar olaraq, Kettellin apardığı araşdırma, elm adamlarının ruhanilərin və ya professor atalarının olma ehtimalının daha yüksək olduğunu təsbit etdi. Təsadüfən, Kettellin atası bu peşələrin hər ikisinə mənsub idi. Kettell miras qalmış bir istedada sahib olduğuna inanırdı. Eyni zamanda o, "Günəşin içərisində bir doğum yeri tapmaq mənim şansım idi. Yaxşı birləşmiş bir rüşeym plazması gözlənilməyən bir reaksiya vasitəsilə əlverişli şərtlərlə birləşdi" deyə qeyd edərək ətraf mühitinin təsirini də qeyd edirdi. Kettellin sərt yevgenik fikirləri, öz uşaqlarına professor və ya akademik peşə sahibinin övladı ilə evləndikləri təqdirdə 1000 dollar maddi yardım təklif etməsinə səbəb oldu.[5]