Chaenomeles cathayensis

Chaenomeles cathayensis
Elmi təsnifat
Beynəlxalq elmi adı

Chaenomeles cathayensis (lat. Chaenomeles cathayensis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin xenomeles cinsinə aid bitki növü.

Təbii yayılması

[redaktə | vikimətni redaktə et]

Vətəni Çindir.

Botaniki təsviri

[redaktə | vikimətni redaktə et]

Hündürlüyü 3 m, çətirinin diametri 1,8 m olan iri koldur. Zoğları boz-qonur rənglidir, uzunluğu 2 sm-ə çatan iynələrlə əhatə olunmuşdur. Yarpaqları neştərvari və ya xətvari-neştərvaridir, yazda tünd alqırmızı və ya qonur rəngli, yayda tünd yaşıl rəngli olub, parlaqdır. Alt tərəfi açıq və az tüklüdür, uzunluğu və eni isə 1-3,5 sm-ə qədərdir. Yarpaqlarının kənarları dişlidir. Mayın axırından iyunun ortalarına qədər hər il çiçəkləyir. Çiçəklərinin diametri 3-4 sm-ə qədərdir, 2-3 ədədi çiçək qrupuna yığılmışdır, çəhrayı rənglidir. Meyvələri iridir, diametri 5 sm-ə qədər olub, yumurtaşəkilli formalıdır, sentyabrın ortasında yetişir. 4-5-ci ildə çiçəkləyir və meyvə verir. Toxumla və qələmlə çoxaldılır. Toxumların cücərməsi 29%-dir.

İşıqsevən bitkidir. Qışa davamlılığı aşağıdır. Soyuq qışda cavan budaqları donur və yazda çiçəkləmə müşahidə edilmir.

Azərbaycanda yayılması

[redaktə | vikimətni redaktə et]

Abşeronun park və bağlarında geniş şəkildə istifadə olunur.

Mülayim iqlimli zonalarda bəzi şəhərlərin yaşıllaşdırılmasında istifadə edilir. Meyvələri turş olub, ətlidir. Mürəbbə, kampot, kisel, jele və s. hazırlanmasında istifadə olunur. Oduncağı qonur və ya çəhrayımtıl-qonur rəngli olub, üst oduncaq qatında illik halqaları aydın görünür.

  1. The Plant List (ing.). 2010.