Chevrolet Sail

Chevrolet Sail
Ümumi məlumatlar
İstehsal ili 2000–h.h.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Birinci nəsil Sail

[redaktə | mənbəni redaktə et]

Sail modeli 2000-ci ilin (2001-ci ildən satışda) sonunda Buick markası adı altında doğuldu. Avtomobil B sinifində Opel Corsanın başqa gövdə növü idi(sedan, universal). SAIC-GM əməkdaşlığında model altenativsiz, 91 at güclü 1.6 l həcmli mühərrik və 5 pilləli mexaniki sürətlər qutusu ilə təchiz edildi.[1]

2005-ci ildə model Chevrolet tərkibinə keçirilərək radiator barmaqlıları, və ön optikası yeniləndi.[1]

İkinci nəsil Sail

[redaktə | mənbəni redaktə et]

İkinci nəsil Chevrolet Sail 2010-cu ildə ilk öncə hetçbek, daha sonra isə sedan olaraq buraxıldı. Yeni model artıq 3 mühərriklə təklif edilirdi: Bunlar 1.2 l, 1.4 l 87 və 103 at gücü benzin, 1.3 l 78 at güclü dizel mühərriklr idi. Sürətlər qutusu isə 5 pilləli mexaniki idi.[1]

Əlverişli qiymətinin olması Sail modelinin populyarlaşmasına gətirib çıxartdı. İlk iki nəsli, Çində 1.4 ədəd satılmışdır. Çindən başqa avtomobil Hindistan və Cənubi Amerikada da satılırdı.[1]

Üçüncü nəsil Sail

[redaktə | mənbəni redaktə et]

Yeni nəsil Chevrolet Sailin təqdimatı Qaunçjou beynəlxalq avtosalonunda edildi. B sinif nümayəndəsi modelin, daha öncə təkər bazası 2465 mm, uzunluğu 4249 mm və eni 1690 mm idi. Üçüncü nəsil avtomobil, bazasını 35 mm, uzunluğunu 51 mm, enini isə 45 mm böyütmüşdür. Bu onu seqmentin lideri etməsə də, ən azından özünün daha məşhur həmcinsi, Aveoya ölçüləri ilə bir az yaxınlaşdı.[1]

Avtomobildə təkcə ön hissənin yenidən qurulması ilə iş bitməmişdir. Yeni sedanda ön qapının quruluşu da dəyişdirilmişdir. Ön dayaqda üçbucaq şəklində olan pəncərə götürülmüşdür. Arxa qapı da orijinaldır.[1]

Genişləndirilmiş baza hesabına salon daha genişlənmiş, yük yeri isə əvvəl olduğu kimi seqmentin liderlərindən geridə qalaraq, 366 l həcmə malik olmuşdur.[1]

Texniki məlumatlar haqqında açıqlamalardan məlum olmuşdur ki, Chevrolet Sail 3, 1.5 DVVT və 1.3 VVT mühərriklə təchiz olunacaqdır. Bu mühərriklərin əvvəlkilərdən daha güclü və ekonomik olacaqları deyilir (ən sərfəlisi qarışıq vəziyyətdə 5.3 l/100 km yanacaq sərf edir).[1]

Sürətlər qutusunda mexaniki ötürücüdən başqa, alıcılara start/stop sistemli avtomatik sürətlər qutusu da təklif ediləcək.[1]

  1. 1 2 3 4 5 6 7 8 9 Avtojurnal Arxivləşdirilib 2015-02-03 at the Wayback Machine, online avtomobil jurnalı.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]