Chmod | |
---|---|
Yayımlanma tarixi | 3 noyabr 1971 |
Vikianbarda əlaqəli mediafayllar |
chmod — Unix əmri olub, istifadəçinin fayl üzərində haqqlarını müəyyən edir.
Ümumiyyətlə faylın 3 istifadə haqqı olar. Faylı oxumaq, faylı yazmaq (faylda dəyişiklik etmək), faylı çağırmaq (run). chmod əmrindən iki yolla istifadə etməklə, faylın istifadə haqlarını dəyişmək olar.
1) Hərflərlə
Müraciət | Sinif | İzah |
---|---|---|
u |
istifadəçi | faylın sahibi |
g |
qrup | faylın daxil olduğu qrupun istifadəçiləri |
o |
başqaları | faylın sahibi olmayan və ya faylın daxil olduğu qrupda olmayan istifadəçilər |
a |
hamı | Bütün istifadəçilər (ugo-da eyni işi görür )
|
chmod aşağıdakı operatorlardan istifadə etməklə faylın icaəsini (mode-nu) müəyyən edir.
Operator | İzah |
---|---|
+ |
müəyyən olunmuş sinifə müəyyən olunmuş hüquqları əlavə edir |
- |
müəyyən olunmuş sinifdən müəyyən olunmuş hüquqları silir |
= |
müəyyən olunmuş sinif dəqiq müəyyən edilmiş hüquqları alır |
Fayldan istifadə hüquqlarını müəyyən edən variantlar (modelar) aşağıdakı kimidir.
Variant | Ad | İzah |
---|---|---|
r |
oxumaq | fayl və ya kataloqun tərkibini oxumaq |
w |
yazmaq | fayl və ya kataloqa yazmaq (dəyişdirmək) |
x |
çağırmaq | faylı çağırmaq |
X |
xüsusi çağırmaq | |
s |
setuid/gid | |
t |
yapışqan |
2) Rəqəmlərlə
# | İcazə | rwx |
---|---|---|
7 | bütün hüquqlar | 111 |
6 | oxumaq və yazmaq | 110 |
5 | oxumaq və çağırmaq | 101 |
4 | yalnız oxumaq | 100 |
3 | yazmaq və çağırmaq | 011 |
2 | yalnız yazmaq | 010 |
1 | yalnız çağırmaq | 001 |
0 | heç biri | 000 |