Cinayət prosesi — cinayət təqibi üzrə həyata keçirilən prosessual hərəkətlərin və qəbul olunan prosessual qərarların məcmusu.[1] Hər bir dövlətin qanunvericiliyində cinayət prosesinin tənzimlənməsi fərqlənsə də, əsasən, ittihamın irəli sürülməsi ilə başlayır və cavabdeh barədə ittiham və ya bəraət hökmünün verilməsi ilə başa çatır.