Clash of Clash | |
---|---|
| |
Hazırlayan | Supercell |
Yayımlayan | Supercell |
Buraxılış tarixi |
Android 7 oktyabr 2013[1] iOS 2 avqust 2012[2] |
Sonuncu versiya |
15.0.4 11 oktyabr 2017[3]/ 3 noyabr 2022 |
Sonuncu beta-versiya |
|
Janrlar | |
Yaş reytinqləri | 13+ |
Texniki məlumat | |
Platformalar |
Android iOS |
Oyun rejimləri |
Çoxoyunçulu oyun Təkoyunçulu oyun |
Daşıyıcı | rəqəmsal yükləmə[d] |
Sistem tələbləri |
Android 5.0 iOS 12.0.0 |
İdarəetmə | sensor ekran |
Rəsmi saytı | |
Vikianbarda əlaqəli mediafayllar |
Clash of Clans (azərb. Klanların mübarizəsi) — Helsinki, Finlandiya mərkəzli oyun şirkəti Supercell[4][5][6] tərəfindən yaradılmış olan çox oyunçulu, real zamanlı, premium, çoxnəfərli strategiya oyunu. Clash of Clans oyununda oyunçular hücumlara qarşı öz şəhərlərini qorumaq üçün müxtəlif müdafiə mexanizmləri inşa edirlər və hücum etmək məqsədi ilə də əsgər yaradırlar. Oyunçular ən çoxu 50 nəfərdən ibarət olan klanlara qatıla, topluluq olaraq və ya klanın öz daxilində söhbət edə, klan üzvləri bir-birlərinin klan qalasına əsgər göndərə bilərlər.
İrəliləmək üçün lazımlı materiallardan ən önəmlisi olan yaşıl daş kredit kartıyla və ya oyunçunun özünü gücləndirməsiylə əldə edilə bilər. Oyunun əvvəlində oyunçuya 500 almaz verilir. Həmçinin, tələb edilən dərəcələri etməklə və şəhərin olduğu ərazidəki kol, ot və ağaclar təmizləməklə də yaşıl daş əldə edilə bilər. Ödəmə xüsusiyyəti ilə oyun iOS platformasında ən çox qazananlar siyahısına daxil olmuşdur. 2013-cü ilin birinci yarısında şirkət satışlardan təxmini olaraq gündə 2.4 milyon dollar gəlir əldə etmişdir.[7][8] Clash of Clans iOS platformasında 2012-ci il dekabr ayında ən çox endirilən 5 proqram arasında yerini almışdır.[9] Oyunun bu müvəffəqiyyəti qazanmasındakı əsl səbəb isə tək nəfərli və çoxlu oyunların birləşdirilməsindən əlavə cüt olaraq oynanılmasıdır.[10]
Android platformasında isə ilk dəfə 3 sentyabr 2013-cü il tarixində Kanada və Finlandiyada oynanılmağa başlandı.[11] Bir həftə müddətində Kanada və Finlandiyada beta versiyası yayımlandıqdan sonra 7 oktyabr 2013 tarixində Play Store-da yerini aldı və ümummilli platformada yayılmağa başladı. Hal hazırda 500 milyondan çox şəxs bu videooyunu endirmişdir.
P.E.K.K.A, Clash of Clans oyununda olan bir vahiddir. P.E.K.K.A, "Perfectly Enraged Knight with Extra Arms" olaraq təsvir edilir və xüsusilə yüksək zərbə gücü və müdafiə qabiliyyəti ilə tanınır. Bu vahid, döyüşlərdə əhəmiyyətli rol oynayır və həmçinin oyunçular arasında populyarlığı ilə seçilir.
P.E.K.K.A, Clash of Clans oyununda ilk dəfə 2012-ci ilin avqustunda təqdim edilmişdir.[12] Oyunun ilkin versiyalarında təqdim olunan bu vahid, o zamandan bəri müxtəlif yeniləmələrdə və balans düzəlişlərində yer almışdır. P.E.K.K.A, oyunun təsirli və güclü döyüş vahidlərindən biri olaraq qalır və zamanla oyunçuların taktiki seçimlərində mühüm rol oynayır.[13]
P.E.K.K.A, əsasən böyük zərbə gücündən istifadə edilərək düşmən binalarını və müdafiə qurğularını məhv etmək məqsədilə istifadə olunur. O, xüsusi olaraq böyük və güclü müdafiə sistemlərinə qarşı təsirli bir vahid olaraq seçilir. Həmçinin, P.E.K.K.A-nın döyüşlərdəki effektivliyini artırmaq üçün müxtəlif strateji yanaşmalar tətbiq edilə bilər.[14][15]
P.E.K.K.A, Clash of Clans oyununda çoxlu strateji istifadə imkanlarına malikdir və oyunun müxtəlif yeniləmələrində balanslaşdırılması ilə oyunçuların taktiki yanaşmalarına uyğun olaraq dəyişdirilmişdir. O, həmçinin oyun içində əhəmiyyətli hadisələr və müsabiqələrdə önəmli bir rol oynayır.[13][15]
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |