Cohor Baru

şəhər
Cohor Baru
ing. Johor Bahru
Bayraq Gerb
Bayraq Gerb
1°27′20″ şm. e. 103°45′40″ ş. u.HGYO
Ölkə  Malayziya
Tabesində Cohor ştatı
Region Cohor Baru
Başçı A Rahim Nin
Tarixi və coğrafiyası
Əsası qoyulub 10 mart, 1855
Sahəsi 220.00 km²
Mərkəzin hündürlüyü 32 m
Saat qurşağı
Əhalisi
Əhalisi 497,067 nəfər (2010)
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Telefon kodu +60 07
Poçt indeksi 79xxx to 81xxx
Nəqliyyat kodu J
Digər
mbjb.gov.my
Xəritəni göstər/gizlə
Cohor Baru xəritədə
Cohor Baru
Cohor Baru
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Cohor Baru, Yeni Cohor (Johor Bahru, Johor Baharu) — Malayziyada şəhər. Cohor ştatının (sultanlığının) inzibati mərkəzi.[1]

Əhalisi 876,0 min (2007; şəhərətrafı ilə 1,8 milyondan çox) nəfərdir.[1]

Cohor Baru tropik cəngəlliyi

Malakka yarımadasının cənubunda, Malayziyanı Sinqapurdan ayıran Cohor boğazının şimal sahilində yerləşir. Əhalisi 5,5 milyon olan Sinqapur–Cohor-Baru transsərhəd şəhər aqlomerasiyasına daxildir. İri nəqliyyat qovşağı. Sinqapur ilə damba vasitəsilə birləşir (1924; uzunluğu 1056 m, 6 zolaqlı avtostrada, dəmiryol əlaqəsi). Müasir avtomobil magistralları qovşağı. Dəniz portu (kauçuk, palma yağı, meyvə, boksit və s. ixracı); Malayziyanın ən iri Tancunq-Pelepas konteyner portu (Cohor Barudan qərbdə; 2005-ci ildə yük dövriyyəsi təqribən 4,5 milyon İFE konteyner). Beynəlxalq aeroport (Senay).[1]

1855-ci ildə Malayya balıqçılarının Tancunqputri məskəni kimi meydana gəlmişdir. 1866-cı ildə sultan Əbu Bəkr Cohor sultanlığının paytaxtını bura köçürərək onu Cohor Baru adlandırmışdır. 20-ci əsrin  ortalarından Sinqapurun sənaye peyk-şəhəri kimi inkişaf edir.[1]

Sultan Əbu Bəkr dövlət məscidi

Şəhərin cənubunda, Cohor boğazının sahilyanı hissəsində Cohor Barunun işgüzar mərkəzi yerləşir. Şəhərin mərkəzi hissəsində İstana-Besar (1866), Bukit-Serene (1933) sarayları, Dövlət katibliyi binası, neorenessans üslubunda inşa edilmiş Əbu Bəkr məscidi (1892) saxlanılmışdır. Sultan Əbu Bəkr muzeyi, Botanika bağı, zoopark var. Malayziya Texnologiya Universiteti (1904, 1975-ci ildən indiki adı ilə), MARA texnologiya universitetinin (1956) filialı və s. var.[1]

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]
Cohor Baru şəhər şurası

Malayziyanın ən sürətlə inkişaf edən iqtisadi mərkəzlərindən biri (əhəmiyyətinə görə Kuala-LumpurPinanq şəhər aqlomerasiyalarından sonra 3-cü), ölkənin cənubunun başlıca regional inkişaf qütbüdür. İşləyənlərin 1/2-indən çoxu sənayedə çalışır, sakinlərinin böyük hissəsinin iş yeri Sinqapurdadır. İqtisadiyyatda Sinqapur kapitalı üstünlük təşkil edir. Cohor Baru dünyada təbii kauçuk emalının mühüm mərkəzlərindən biridir. Ağ dəmir istehsalı üzrə zavod, “General Motors” korporasiyasının avtomobilquraşdırma müəssisəsi fəaliyyət göstərir. Ticarət və nəqliyyat paylaşdırıcı (logistik) mərkəzdir (o cümlədən Sinqapurun ərzaq məhsulları ilə təchizatçısı). Turizm inkişaf etmişdir (hər il təqribən 10 milyon xarici turist – Malayziyaya gələnlərin təqribən 60%-i, əsasən, Sinqapur vətəndaşları). İri pərakəndə satış kompleksləri və ticarət rayonları (ilk növbədə Sinqapurdan gələnlər üçün nəzərdə tutulmuşdur) var.[1]

Cohor ştatının iqtisadi mərkəzi olan Cohor Baru

Cohor Barudan şərqdə Pasir-Qudanq və Tancunq-Lanqsat (neft emalı, kimya sənayesi müəssisələri – etilen, propilen və onların törəmələrinin istehsalı; gəmiqayırma); şimal və şimal qərbdə elektronika (əsasən, Amerikayapon TMK-larına məxsusdur), həmçinin toxuculuq, yağ, meyvə-tərəvəz konservi (konservləşdirilmiş ananas istehsalı və s.), ağac emalı sənayesi müəssisələrinin fəaliyyət göstərdiyi Senay, Skuday, Tebrau, Tampoy, Kulay azad iqtisadi zonaları yerləşir.[1]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 3 4 5 6 7 Cohor Baru// Büssel – Çimli-podzol torpaqlar / baş red. M.K. Kərimov. — Azərbaycan Milli Ensiklopediyası. — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2014. — 25 cilddə. — V  cild. — Səhifələrin sayı:  592. — Səh.: 380-381. — 25 000 nüsx. — ISBN 978-9952-441-10-9.