Colnect | |
---|---|
![]() | |
URL | colnect.com/en |
Tipi | kolleksiya |
Qeydiyyat | məcburi deyil |
Dilləri | 62 dil |
Sahibi | Colnect |
Açılma tarixi | 28 aprel 2002 |
Hazırkı statusu | aktiv |
Şüar | Topla, birləş |
![]() |
Colnect – kolleksiya məhsullarının vikiyəoxşar kataloqlarından ibarət sayt. Kolleksiyaçılar kataloqlardan istifadə edərək öz şəxsi kolleksiya siyahılarını yarada və digər kolleksiyaçıların mübadilə/istək siyahılarına baxa bilərlər. Saytda yerləşən mağazada kolleksiya məhsullarının satışı həyata keçirilir. Saytın telefon kartları kataloqu dünyada ən böyük belə kataloqdur.[1][2]
"Colnect" 2002-ci ildə "Island Phonecards Database" adı ilə yaradılmış və sadəcə telefon kartları kataloqu kimi nəzərdə tutulmuşdur. 2008-ci ildə poçt markaları və sikkələrin kataloqları sayta əlavə olunmuşdur. Hazırda saytda 43 növ kolleksiya məhsulunun kataloqu mövcuddur.[3]
"Colnect" saytındakı kolleksiya məhsullarının kataloqları istifadəçilərin özləri tərəfindən yaradılır. Yeni məhsullar töhfəçilər tərəfindən əlavə olunur və könüllü redaktorlar tərəfindən redaktə olunur. İstənilən kolleksiyaçı kataloq məhsulunda öz şərhini yerləşdirə bilsə də, əsl dəyişikliklər etibarlı istifadəçilər tərəfindən yerinə yetirilir. Bütün istifadəçilər kataloq məlumatlarını (buraxılış tarixi, şəkil, nominal dəyər, ölçülər və s.) görə bilərlər. Qeydiyyatdan keçmiş istifadəçilər öz şəxsi kolleksiyalarını yarada, kataloqlar vasitəsilə məhsulları mübadilə və istək siyahılarına əlavə edə bilərlər. İstifadəçilər mübadilə siyahıları ilə digər istifadəçinin istək siyahısı ilə uyğunlaşa bilirlər.[4] Saytda Premium üzvlük sistemi mövcuddur və əlavə xüsusiyyətdən istifadə etmək imkanı qazandırır. Töhfəçilər bu xüsusiyyəti pulsuz əldə edirlər. Premium üzvlər istənilən kolleksiya məhsulları siyahısını endirə və cədvəl formatında görə aça bilərlər.
"Colnect"də kolleksiya məhsulları üçün bazar yerləşir. Bazar 27 dekabr 2017-ci ildən etibarən fəaliyyət göstərir. Bazardakı satışlar mərkəzləşdirilmiş kataloqlarla əlaqələndirilib. Satıcılar birbaşa kataloqdan məhsul satışa çıxara bilərlər və alıcılar məhsul haqqında informasiyanı kataloqdan əldə edə bilərlər.
"Colnect" 25 aprel 2009-cu ildə "Avropa Startapı 2.0" müsabiqəsinin qalibi elan olunmuşdur. Sayt 200 iştirakçı və 11 finalçı arasından bu mükafatı əldə etmişdir.[5]