Common Locale Data Repository | |
---|---|
Son versiya |
|
Format tipi | Layihə |
Veb-sayt | cldr.unicode.org |
Common Locale Data Repository — kompüter proqramlarında istifadə üçün XML formatında lokal məlumatların təmin edilməsi üçün Unicode Konsorsiumunun layihəsi. CLDR əməliyyat sisteminin adətən tətbiqlərə təqdim edəcəyi lokal məlumatı ehtiva edir. CLDR Locale Data Markup Language (LDML) dilində yazılmışdır.
CLDR IBM, Apple, Google, Microsoft və bəzi hökumət təşkilatlarının əməkdaşlarının daxil olduğu texniki komitə tərəfindən idarə olunur. Komitəyə IBM-dən Con Emmons rəhbərlik edir. Google-dan Mark Davis sədr müavinidir.[2]
Bu datalar hal-hazırda International Components for Unicode, Apple-ın macOS əməliyyat sistemi, LibreOffice, MediaWiki və IBM-in AIX əməliyyat sistemi, digər proqramlar və əməliyyat sistemlərində istifadə olunur.