Con Lebbok

Con Lebbok
ing. John
Doğum tarixi 30 aprel 1834(1834-04-30)[2][3][…]
Doğum yeri
Vəfat tarixi 28 may 1913(1913-05-28)[2][3][…] (79 yaşında)
Elm sahələri siyasət[1], Maliyyə[1], biologiya[1]
İş yeri
  • London Universiteti[d] (18721880)
Təhsili
Üzvlüyü
Mükafatları İncəsənət və elm sahəsində Pour le Mérite ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Con Lebbok (ing. John Lubbock; 30 aprel 1834[2][3][…], London28 may 1913[2][3][…]) — İngilis etnoloqu və arxeoloqu.

Arxeoloq və etnoloq Con Lebbok (1834-1913) 1865-ci ildə yazdığı "Tarixəqədərki dövr" və 1868-ci ildə yazdığı "Mədəniyyətin başlanğıcı" adlı əsərlərində öz təkamülçü fikirlərini ortaya qoymuşdur. O, bəşər tarixini yaratmaq üçün arxeologiya və etnoqrafiyanı əsas vasitə hesab edir, geoloji metodlardan faydalanmağı zəruri sayırdı. O, "Mədəniyyətin başlanğıcı" əsərində insan cəmiyyətinin və mədəniyyətin inkişafı məsələsinə xüsusi diqqət yetirirdi. Ailə və nikahın tarixi inkişaf məsələsi onu daha çox maraqlandırırdı. C.Lebbok nikahın ilkin formasının kommunal (icma) nikah olduğunu göstərərək yazırdı ki, hər bir icmanın qadınları və kişiləri bir-biri ilə ər-arvad münasibətlərində olurdular. Sonralar bu kommunal nikah qızların qaçırılması yolu ilə fərdi nikaha keçdi və bu yolla eqzoqamiya əmələ gəldi. Lebbok dinin inamların inkişafı məsələsinə də toxunur və bildirirdi ki, bir çox xalqların hələ də dini yoxdur, ateizm mərhələsində yaşayırlar, müəyyən mərhələlərdə isə bütpərəstlik, Totemizm, Şamanizm və antropomorfizm (yəni Allahı insan şəklində təsəvvür etmək) mövcud olmuşdur.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]
  1. 1 2 3 4 5 6 Çex Milli Hakimiyyət Məlumat bazası.
  2. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  3. 1 2 3 4 Lundy D. R. John Lubbock, 1st Baron Avebury // The Peerage (ing.).