Con Milnor | |
---|---|
John Willard Milnor | |
![]() | |
Doğum adı | John Willard Milnor[1] |
Doğum tarixi | |
Doğum yeri | Oranc, Nyu-Cersi, ABŞ |
Vətəndaşlığı |
![]() |
Elm sahəsi | Riyaziyyat |
Elmi dərəcəsi | |
İş yeri | Stouni-Bruk Universiteti |
Alma-mater | Prinston Universiteti |
Təhsili |
|
Elmi rəhbəri | Ralf Foks |
Tanınır |
Ekzotik sferalar Feri–Milnor teoremi |
Üzvlüyü |
|
Mükafatları |
Filds medalı (1962) ABŞ Milli Elm Medalı (1967) Leroy Stil mükafatı (1982) Volf mükafatı (1989) Abel mükafatı (2011) |
![]() |
Con Uillard Milnor (ing. John Willard Milnor; 20 fevral 1931[1][4]) — diferensial topologiya, K-nəzəriyyə və dinamik sistemlər sahəsindəki işləri ilə tanınmış Amerika riyaziyyatçısı. Filds medalı (1962), Volf mükafatı (1989) və Abel mükafatı (2011) laureatıdır. Stouni-Bruk Universitetinin əməkdar professorudur.
Con Milnor 1931-ci ildə ABŞ-nin Nyu-Cersi ştatında anadan olmuşdur. İlk elmi məqaləsini 18 yaşında yazan Milnor 1954-cü ildə fəlsəfə doktoru dərəcəsini alır. İki il sonra yeddiölçülü ekzotik sferaların kəşfi ilə riyaziyyat aləmini heyran edir. Daha sonra fransız riyaziyyatçı Mişel Kerverlə birlikdə hər ölçüdə sferalar üzərində bütün diferensiallanan strukturların təsnifatını verməklə topologiyaya yeni nəfəs gətirir. O, riyaziyyatın bir çox sahələrinə böyük töhfələr vermişdir ki, bunların içində xüsusilə Milnor sferaları, Milnor ədədi, Milnor-Törston nəzəriyyəsi, düyünlər nəzəriyyəsi ilə bağlı Milnor hipotezi riyaziyyatçılara yaxşı tanışdır.
Milnor bir sıra mükafatlar laureatıdır və onların içində 1962-ci ildə aldığı riyaziyyat aləminin ən mötəbər mükafatlarından biri olan Filds medalı da vardır. O, həmçinin Amerika Riyaziyyat Cəmiyyətinin təqdim etdiyi Leroy Stil (Leroy Steele) mükafatına üç dəfə layiq görülmüş yeganə riyaziyyatçıdır. 2011-ci ildə isə Con Milnor məşhur riyaziyyatçı Abelin adını daşıyan Abel mükafatına layiq görülmüşdür. Mükafat alimə topologiya, həndəsə və cəbrdəki novator kəşflərinə görə təqdim olunmuşdur. Hal-hazırda 80 yaşlı Milnor Stouni-Bruk Universitetinin professorudur.