Con Travolta

Con Travolta
ing. John Travolta
Doğum adı John Joseph Travolta
Doğum tarixi 18 fevral 1954(1954-02-18)[1][2][…] (70 yaş)
Doğum yeri
Vətəndaşlığı
Həyat yoldaşı
Fəaliyyəti aktyor, müğənni, film prodüseri, yazıçı, rəqqas, televiziya aktyoru, kino aktyoru, teatr aktyoru, səsləndirmə aktyoru[d]
Fəaliyyət illəri 1969-cu ildən
IMDb ID0000237
{{{imzanın izahı}}}
travolta.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Con Travolta (ing. John Joseph Travolta; 18 fevral 1954[1][2][…], Enqlvud[d], Nyu-Cersi) — ABŞ aktyoru.

Con Cozef Travolta 1954-cü il fevralın 18-də ABŞ-nin Nyu-Cersi ştatınını Enqlvud şəhərində doğulub. İtaliyalı futbolçu və irlandiyalı müğənninin ailəsində dünyaya gələn Con kiçik yaşlarından rəqs etməyi öyrənib. Rəqs etməyi qəlbən sevən və böyük səhnələrdə çıxış etmək arzusu ilə yaşayan Con 16 yaşında müzikldə debüt etmək məqsədilə orta təhsilini yarımçıq qoyur. Məktəbdən ayrılaraq əvvəlcə həvəskar truppalarda, sonra isə Brodveydə istedadını nümayiş etdirir. Bundan əlavə, təyyarəçilik peşəsinə də yiyələnən Con 19 yaşında pilot lisenziyasını qazanır.

Con Travolta. 2013

1977-ci ildə rejissor Con Bedhem 23 yaşlı Travoltanı "Bazar gecələrinin həyəcanı" filmində baş rola çəkilməyə dəvət edir. Film ABŞ-də böyük uğurla nümayiş olunandan sonra Con yaşıdlarının kumirinə çevrilir. Onun 1978-ci ildə çəkildiyi "Briolin" kinomüzikli daha böyük müvəfəqiyyət qazanır. Conun müğənni Oliviya Nyutonla birlikdə oxuduğu duet mahnıları qısa müddətdə superhitə çevrilir. Həmin il Travolta ilk dəfə təyyarənin sükanı arxasına keçir. O vaxt çoxlarına elə gəlirdi ki, Con aktyorluq sənətinin zirvəsinə qalxacaq, lakin Travolta ona təklif olunan "Zabit və centlmen", "Amerikalı jiqolo" filmlərində baş rollardan imtina edir. Həmin rollara çəkilən aktyor Riçard Gir isə kinoulduz olur.

Con Travolta təkliflərə biganəlik göstərdiyinə görə Hollivudda "persona non-qrata"ya çevrilir. Onun haqqında müxtəlif şayiələr dolaşmağa başlayır: spirtli içkiyə aludə olması, naməlum sektanın təsiri altına düşməsi və s. xəbərlər yayılır. Con isə aktyor kimi diqqətdən kənarda qaldığı həmin dövrdə təyyarədə uçuşlar edirdi. 5000 uçuş saatı etmək, hətta peşəkar pilot üçün çox yaxşı göstərici sayılır. Buludlarda pərvazlanmaq, həqiqətən də həyatda insana çox gözəl anlar bəxş edə bilər.

Con Travoltanun kinoya möhtəşəm dönüşü 1995-ci ildə rejissor Kventin Tarantinonun "Kriminal qiraət" filmində çəkildiyi Vinsent Veqi rolu ilə oldu. Bu rola görə Travoltanın adı "Oskar" mükafatına namizədlər siyahısına salınmışdı. Filmdən sonra Travolta yenidən məşhurlaşdı. Bir neçə durğunluq ilini arxada qoyan istedadlı aktyor sənət aləmində sürətli yüksəlişə nail oldu. Bununla belə, o, xoşagəlməyən xatirələrlə dolu Hollivudda deyil, Floridadakı malikanəsində yaşamağı üstün tutur. Burada Con özünun təyyarələri üçün xüsusi aerodrom da tikdirir. Onun ən sevimli təyyarəsi — Boeinq-400 Cumbo Cet sayılırdı. Travolta bu təyyarə ilə o qədər fəxr edirdi ki, hətta oğlunun adını bu təyyarənin şərəfinə — Cet qoymuşdu.

Travolta Kventin Tarantinonun məsləhətilə "Bəstəboyu tutmaq" kinokomediyasına çəkilir. Onun çəkildiyi sonrakı filmlər — "Sifətsiz" (1997) və "Əsas rənglər" (1998) böyük müvəffəqiyyət qazanır. Qeyd etmək lazımdır ki, aktyorun 2000-ci ildən sonra çəkildiyi "Parol: qılınc-balıq" və xüsusilə də fantastik "Döyüş meydanı: Yer kürəsi" kinosevərlər tərəfindən soyuq qarşılandı.

Travoltanın sözlərinə görə, kino onun üçün yalnız həvəs və əyləncədir, təyyarə sürmək isə əsl peşədir. O özünü aktyor yox, təyyarə sürmək həvəsində olan pilot və eyni zamanda, Hollivudda kino çəkilişində iştirak edən sadə ifaçı hesab edir.

Sonda qeyri-adi istedada malik olan Con Travoltanın kinoda qazandığı mükafatları qeyd etmək qalır. O, iki dəfə VAFTA-nın laureatı olub, bir dəfə "Qızıl qlobus" mükafatına sahib çıxıb, iki dəfə də onun adı "Oskar" mükafatına namizədlərin siyahısına düşüb.

  1. Kriminal qiraət (film, 1994) / Pulp Fiction
  2. Alovlu nərdivan / komandir Mayk Kennedi
  3. Bolt (film, 2008) / Bolt

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]