Conas Hanvey | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | (74 yaşında) |
Vəfat yeri | İngiltərə |
Dəfn yeri | |
Milliyyəti | İngilis |
Fəaliyyəti | yazıçı, səyyah, xeyriyyəçi, tarixçi |
Vikianbarda əlaqəli mediafayllar |
Conas Hanvey (12 avqust 1712[4], Portsmut, Hempşir qraflığı[d][1][2] – 5 sentyabr 1786[5], İngiltərə)—İngilis səyyahı, taciri, ictimai xadimi.
C. Hanvey haqqında yazılanlardan məlum olur ki, o, "eyni zamanda tanınmış tacir, səyyah, ictimai xadim… və müəllim idi. 1712-ci ildə doğulmuşdur. S-Peterburqda Dinqli evinin şərikinə çevrilmiş Hanvey 1743-cü ildə kompaniyanın maraqları ilə əlaqədar İran və Rusiyaya səfər etmiş, 1750-ci ildə Londona qayıtmışdır. Burada o, ictimai fəaliyyətlə məşğul olmağa başlamış, çox sayda yüksək qurumlar (institutlar) yaratmış, gənclərin rifahı ilə xüsusilə maraqlanmışdır. 1786-cı ildə vəfat edən Hanveyin şərəfinə Vestminster Abbatlığında monument inşa edilmişdir". 1743–1744-cü illərdə İranda olmuş Conas Hanvey 1753-cü ildə özünün iki cildlik "An historical account of the British Trade over the Caspian Sea, with a journal of travels" (Xəzər dənizi hövzəsində ingilis ticarətinin tarixi nəticələri və səyahətlər jurnalı) (61) əsərini çap etdirmişdir. C. Hanvey bu əsərini daha iki cildlə tamamlamışdır: I cild – "İran inqilabı" adlanır ki, buraya "Şah Sultan Hüseynin hakimiyyəti, əfqanların müdaxiləsi, Sultan Mir Mahmud və onun xələfi Əşrəfin hakimiyyətləri haqda" ("The reign of Shah Sultan Hussein, with the invasion of the Afghans. and the reigns of Sultan Mir Mahmud and his successor Ashreff") hissə daxildir. II cild isə "Uzurpator Nadirqulunun hakimiyyətə yiyələnməsi…" ("The history of the selebrated usurper Nadir Kouli: from his birth in 1687 till his death in 1747, to which are added some particulars of the unfortunate reign of his successor Adil Shah") adlanır. L. Lokharta görə 1753-cü il London nəşri dörd cilddən ibarət olmuşdur və onun III cildində Nadirin iyirmi il (1727–1747) ərzində yüksəlişi, demək olar ki, tamamilə, izlənilmişdir.