Conatan Svift

Conatan Svift
Jonathan Swift
Təxəllüsü Isaac Bickerstaff, Lemuel Gulliver, M. B. Drapier, Simon Wagstaff
Doğum tarixi
Doğum yeri Dublin, İrlandiya
Vəfat tarixi (77 yaşında)
Vəfat yeri Dublin, İrlandiya
Dəfn yeri
  • Müqəddəs Patrik kafedralı[d]
Təhsili
Fəaliyyəti şair, romançı, filosof, insan hüquqları fəalı, yazıçı, fantastika yazıçısı[d], esseist, publisist, uşaq ədəbiyyatı yazıçısı, nasir, ictimai xadim, keşiş
Fəaliyyət illəri 1700–1745
Əsərlərinin dili ingilis dili
Janrlar satira, esse, Pritça, pamflet
Tanınmış əsərləri
İmza
Vikimənbənin loqosu Conatan Svift Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Conatan Svift (ing. Jonathan Swift; 30 noyabr 1667[1][2][…], Dublin, İrlandiya krallığı[d][1][3][…]19 oktyabr 1745[4][1][…], Dublin, İrlandiya krallığı[d][1]) — ingilis-irland yazıçı-satirik, publisist, filosof, şair və ictimai xadim.

Conatan Svift 1667-ci il 30 noyabrda Dublində anadan olmuşdur. Həyatı ağır şərtlər altında keçmişdir. Buna görə də yaşadığı ağalar-qullar cəmiyyətinin bütün haqsızlıqlarının, eybəcərliklərinin acısını dadmış və yaradıcılığında bütün ömrü boyu bunlara qarşı barışmaz mübarizə aparmışdır. Bu mübarizə ideyası onun "Qulliverin səyahəti" romanında da aydın görünür. Əsərin tam adı belədir: "Bir neçə gəmidə əvvəl cərrah, sonralar kapitan olmuş Lemoel Qulliverin səyahəti" (1772–1773) Svift liliputlar ölkəsindəki Kral ilə, öz zamanındakı nazir və sərkədələr arasındakı bənzəyişi verməklə onları ifşa etmişdir. Onları cırtdan liliputlarla tutuşdurmaqla gülünc və eybəcər şəkildə göstərmişdir. Satirik tənqid və yumor Sviftin başlıca mübarizə silahı olmuşdur. Qulliver romanda göstərdiyi kimi liliputlar ölkəsindən başqa nəhənglər ölkəsində, uçan Saputi adasında, ağıllı, düşüncəli atlar diyarında da olmuş, bu ölkənin hər birində C. Svift təsvir etdiyi hadisələr vasitəsilə öz zamanındakı cürbəcür nöqsan və eybəcərliklərin üstünü açmışdır. Liliputlar ölkəsində Qulliver Kralı, əyanları, sərkərdələri öz cib dəsmalına büküb cibinə qoymuş, onların bir yığın hərb gəmisini bir barmağına doladığı nazik iplə sürüyüb aparmışdı. Conatan Svift 19 oktyabr 1745-ci ildə 77 yaşında vəfat etmişdir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 3 4 Муравьёв В. С. Свифт Джонатан // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1976. Т. 23 : Сафлор — Соан. С. 83–84.
  2. Jonathan Swift // Internet Speculative Fiction Database (ing.). 1995.
  3. https://www.nytimes.com/books/first/g/glendinning-swift.html.
  4. Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.