Cons Hopkins | |
---|---|
Doğum tarixi | 19 may 1795[1][2] |
Vəfat tarixi | 24 dekabr 1873[1][2] (78 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | sahibkar, xeyriyyəçi |
Vikianbarda əlaqəli mediafayllar |
Cons Hopkins (19 may 1795[1][2] – 24 dekabr 1873[1][2], Baltimor, Merilend) — tanınmış xeyriyyəçi.
Con Hopkins 1795-ci ildə Amerikanın Merilend ştatında doğulub. Onun atası Samuel Hopkins və anası Hanna Ceni Hopkins mömin kvaker ailəsinə mənsub idilər. Cona babası Con Hopkinsin adını verib. İsveçrədən Amerikaya köçmüş altı qardaşdan biri olan baba Hopkinsə xeyli torpaq mülkü ömürlük qalıb. Baba Hopkinsin torpaqlarını əvvəllər yüzlərlə zənci kölə əkib becərirdi. Sonra o, zəncilərə azadlıq verərək, öz torpaqlarını oğlu Samuelin və nəvələrinin, o cümlədən onun köməkliyilə becərməyə başladı.
18 yaşında ikən biznes fəaliyətinə güclü meyl göstərən nəvə Con işləmək üçün əmisi Jerard Hopkinsin yanına, Baltimor şəhərinə getmişdi. Burada o, öz ağlı və enerjisi sayəsində böyük təcrübə toplamış və yeddi ildən sonra, Benamin Murla ortaqlıq şirkəti qurmuşdu. Üç il sonra, 1813-cü ildə bu ortaqlıq pozulanda, o, iki kiçik qardaşını bu işə cəlb etmiş və onlara bu biznesdə ortaq kimi pay ayırmışdı. Onların sahib olduqları ticarət evi tezliklə öz fəaliyyətini ştata və eləcə də qonşu ştatlara yaya bilmişdi.
25 il bu sahədə çalışdıqdan sonra Con Hopkins biznes işlərini qardaşlarına həvalə etmiş və bir müddət sonra Baltimor Ticarət Bankının prezidenti seçilmişdir.
C. Hopkins Baltimorla Ohayo arasında çəkilən dəmir yoluna ilk günlərdə böyük maraq göstərmiş, onun tikintisinə xeyli məbləğdə vəsait qoymuşdu. 1847-ci ildə onun direktoru olmuş, sonralar isə həmin yolun idarəçiliyində fəal iştirak etmişdir. 1855-ci ildə o, bu şirkətin maliyə komitəsinin rəhbəri seçilərək onun uğur qazanmasında böyük rol oynamışdır. 1857-ci ildə ölkədə yaranmış iqtisadi çətinliklər zamanı dəmir yol şirkəti ağır vəziyətə düşəndə.Hopkins könüllü özünu irəli verərək şirkətin bir çox borclarını öz şəxsi vəsaiti hesabına ödəmişdir. Con Hopkins ömrü boyu Baltimorun gələcək inkişafına və ticarət baxımından mühüm əhəmiyyət daşıdığına böyük inam bəsləmişdir. Heç kəs bu şəhərlə Birləşmiş Ştatların digər bölgələri arasında yeni-yeni ticarət əlaqələrinin genişləndirilməsinə Con Hopkins qədər xidmət göstərməmişdir.
Hopkins tək kommersiya və biznes fəaliyəti ilə məşğul olmamışdır. O, səhiyyə və təhsil işlərinə də böyük maraq göstərmiş və bu sahələrin inkişafına xeyli vəsait xərcləmişdir. O, Şərqi Baltimordakı Melilend xəstəxanasının, qara dərili yetim uşaqlar çn pansionatın və şəhərdən bir mil kənarda yerləşən böyük bir universitetin əsasını qoymuşdur. Təkcə xəstəxana üçün. Hopkins iki milyon dollar pul və on üç akr torpaq sahəsi ayırmışdır.
Con Hopkins heç vaxt evlənməyib. Bəlkə də buna onun yaxın dostu filantrop Corc Pibodinin təsiri olub. Pibodi 1857-ci ildə Baltimorda Pibodi İnstitutunun əsasını qoyub.
Hopkinslər ailəsi kvaker təriqətinə mənsub son dərəcə mömin adamlar olublar və məhz bu səbəbdən də 1807-ci ildə öz kölələrini azad edərək, onu və onun digər qardaşlarını hələ uşaqkən tarlalarda işləməyə məcbur ediblər. Con Hopkins ömrünün sonunadək dini dəyərlərə hörmətlə yanaşıb. "Dostlar cəmiyyəti"nin üzvü olub. Öz dostu və ailənin həkimi olan Van Bibberə bir dəfə etiraf edib ki, əgər əlində ixtiyarı olsaydı bütün təriqətləri, bu təriqətlər arasındakı çarpışmaları aradan qaldırardı. Təriqətçiliyi ləğv edib, xristian dininin vahid bir din kimi bölünməzliyinə çalışardı.
Con Hopkins 1873-cü ildə Milad bayramı ərəfəsində vəfat edib. Ölümündən sonra, 7 milyon dollar onun vəsiətinə əsasən Con Hopkins Universiteti və Con Hopkins Xəstəxanası arasında bərabər bölüşdürülüb. O vaxtlar üçün bu, ABŞ tarixində ən böyük xeyriyə təşəbbüsü idi.
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |