Corc Olah | |
---|---|
ing. George Andrew Olah mac. Oláh György | |
Doğum adı | Oláh András György |
Doğum tarixi | 22 may 1927[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 8 mart 2017[3][1][…] (89 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Elm sahəsi | kimya |
İş yerləri | |
Təhsili | |
Üzvlüyü |
|
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Corc Olah (ing. George Andrew Olah, mac. Oláh György; 22 may 1927[1][2][…], Budapeşt – 8 mart 2017[3][1][…], Beverli-Hillz, Kaliforniya[5]) — macar əsilli ABŞ kimyaçısı. 1994-cü ildə "Karbokation kimyasına xidmətlərə görə" Nobel mükafatına layiq görülmüşdür.
Corc Olah 1927-ci ildə Macarıstanın paytaxtı Budapeştdə anadan olub. Olah Budapeşt Texniki Universitetini bitirib və orada da doktorluq dərəcəsi alıb. O, öz elmi karyerasına macar kimyaçısı Qeza Zempelin yanında başlayıb. 1950-ci illərin əvvəllərində Olah Budapeşt Texniki Universitetinin Üzvi kimya İnstitutunda tədqiqat qrupu yaratmışdır və eyni zamanda 1954-cü ildə Macarıstan Elmlər Akademiyasının Mərkəzi Elmi-Tədqiqat Kimya İnstitutunun yaradıcılarından biri olmuşdur. 1957-ci ildə Kanadaya köçmüş və 1965-ci ilə qədər "Dou Kemikal" şirkətində Kanadada və ABŞ-də işləmişdir və bundan sonra ali təhsil sisteminə qayıtmışdır. Onun rəhbərliyi altında Qərb Ehtiyat Universitetinin (Western Reserve University) və Ohayo ştatında Klivlenddə Keys Texnaloji İnstitutunun kimya fakültələri birləşdirilmişdir. 1977-ci ildə Cənubi Kaliforniya Universitetinə keçmiş, burada sonralar Loker adına Karbohidrogenlər İnstitutu adını almış institut yaratmışdır. 1996-cı ildən Cənubi Kaliforniya Universitetində onun adı ilə bağlı mühazirələr oxunur. Olah 8 mart 2017-ci ildə 89 yaşında vəfat etmişdir.
1976-cı ildən ABŞ-nin Milli Elmlər Akademiyasının, 1990-cı ildən Macarıstan Elmlər Akademiyasının üzvüdür. ABŞ-nin ən görkəmli alimləri üçün verilən Aleksandr fon Qumboldt adına mükafat (1979-cu ildə), 1996-cı ildə F. A. Kotton medalını almışdır. 1994-cü ildə "Karbokation kimyasına xidmətlərə görə" Nobel mükafatına layiq görülmüşdür. 1997-ci ildə "London Kral Cəmiyyəti"nin xarici üzvü seçilmişdir. 2001-ci ildə Artur Kop mükafatı, 2007-ci ildə isə "Amerikan Kimya Cəmiyyəti" tərəfindən "Pristli" medalı ilə mükafatlandırılmışdır.