Corc Roulinson | |
---|---|
ing. George Rawlinson | |
Doğum tarixi | 23 noyabr 1812[1] |
Doğum yeri |
|
Vəfat tarixi | 6 oktyabr 1902[2] (90 yaşında) |
Vəfat yeri |
|
Elm sahələri | tarix, teologiya |
İş yeri | |
Vikianbarda əlaqəli mediafayllar |
Corc Roulinson (ing. George Rawlinson; 23 noyabr 1812[1], Çadlinqton[d], Oksfordşir[d] – 6 oktyabr 1902[2], Kenterberi, Kent qraflığı[2]) — Böyük Britaniya alimi, tarixşünası, xristian teoloqu
Corc Roulinson 23 noyabr 1812-ci il tarixində Böyük Britaniyanın Oksfordşir qraflığının Çadlinqton kəndində anadan olmuşdur.[3] O, Avraam Tisek Roulinsonun oğlu, məşhur Assurioloq Ser Henri Roulinsonun kiçik qardaşı idi. O, ibtidai və orta təhsilini İlinq məktəbində, ali təhsilini isə Oksford Universitetində almışdır. O, 1838-ci ildə oradan məzun olmuşdur. O, 1842-ci ildən 1889-cu ilə qədər müəllimlik və professorluq etmişdir.
O, 1846-cı ildə Ser Robert Aleksandr Çermsaydın qızı Lüiza Çermsayd ilə evlənmidir.
Corc Roulinson 6 oktyabr 1902-ci il tarixində Böyük Britaniyanın Kent qraflığının Kenterberi şəhərində, 89 yaşında vəfat etmişdir.[4]