Covanna Amati

Covanna Amati
Doğum tarixi 20 iyul 1959(1959-07-20) (65 yaş)
Doğum yeri

Covanna Amati (it. Giovanna Amati; 20 iyul 1959, Roma) Formula 1 pilotu, italyan avtomobil yarışçısıdır. Hazırkı dövrə qədər, Formula 1 Dünya Çempionatında iştirak edən son qadın sürücüdür. Zəngin bir ailənin yetişdirdiyi Amati, 1978-ci ildə qaçırıldı və sonra 800 milyon liraya sərbəst buraxıldı. Yarış karyerasına Formula Abarth seriyasında iştirak edərək başladı və 1985–86-cı ildən Formula 3-ə qatılaraq davam etmişdir. 1987-ci ildə Formula 3000-ə girmək çox da uğurlu olmadı, lakin növbəti illərdə Amati performansını yaxşılaşdırdı.1989-cu ildə Yaponiyaya köçdü, lakin bu da uğursuz oldu. 1990-cı ildə Avropaya qayıdaraq daha yaxşı nəticələr əldə etdi və bu 1991-ci ilə qədər davam etdi.1992-ci ildə Amati Brabham'a imza atarkən beşinci qadın Formula 1 sürücüsü oldu.

Zəngin iş adamının qızı olan Amati, 20 iyul 1959-cu ildə İtaliyanın Roma şəhərində anadan olmuşdur. 15 yaşında, 500cc motosiklet almış və iki il valideynlərindən gizlədə bilmişdir. Bununla yanaşı, o, Elio de Angelis ilə birlikdə gizli olaraq yarış məktəbini oxumağa müvəffəq olmuşdur.

fevral 12, 1978-ci ildə, o, üç cinayətkardan ibarət bir qrup tərəfindən qaçırıldı. Amati, valideynlərindən villasının yaxınlığında avtomobildən çıxarılmış və bir mikroavtobusda qaçırılmışdır. Onu villa yaxılığında yerləşən evə apardılar, lakin polis ətrafı axtarışa verərkən burdan da qaçmışlar. Qrupa başçılıq edən Jean Daniel Nieto-un ona təcavüz etməsi və sonradan eşq yaşadığı iddia edildi. Amati, $933,000 məbləğ qarşılığında azad edilmişdir. Fransız vətəndaşı Nieto həbs olunmuş və 18 il cəza hökmü almasına baxmayaraq, 1989-cu ildə burdan qaçmış və 2010-cu ildə yenidən həbs olunmuşdur.

Professional yarışları, 1981-ci ildə Formula Abarth seriyasında başladı və növbəti 4 ildə yarışlarda bir neçə dəfə qalibiyyət qazanmışdır. 1985–86-cı illərdə İtalian Formula3-də iştirak etdi. Daha sonra Formula 3000-qatılaraq Donington-da yer qazandı. 1989-cu ildə Yaponiya Formula 3000 – qatılsa da uğur qazana bilmədi. Daha sonra Avropaya qayıdaraq İnternational F300-qatıldı

1991-ci ildə Amati, bütün mövsüm GJ Motorsports-a qoşuldu və Reynard 91D Cosworth'u idarə etdi. İlin sonunda, Benetton-u 30 dövrədə sınaqdan keçirdi. Daha sonra yarışlardan uzaqlaşaraq, karyerasına, idman jurnalistikası ilə məşğul olaraq davam etmişdir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]