Curvularia

Curvularia
Elmi təsnifat
XƏTA: taksonomik şablon yoxdur{{Pleosporales}}, taksonun sistematikasını təsvir etməlidir Pleosporales.
Cins:
Curvularia
Beynəlxalq elmi adı

Curvularia — Göbələklər aləminin Ascomycota şöbəsinin Euascomycetes sinfinin Culvularia cinsinə daxildirlər.

Təsviri və təbii mühiti

[redaktə | mənbəni redaktə et]

Culvularia cinsli göbələklər piqmentli filamentar göbələklərdirlər. Bu cinsli göbələklərin əksər növləri tropik və subtrropik regionlarda taxılların, torpağın, bitkilərin fakultativ patogenləridirlər. Zərərverici olmaları ilə yanaşı onlar həm də insan və heyvanlarda da patogenlik edirlər.

Culvularia cinsli göbələklər Curvularia brachyspora, Culvularia clavata, Curvularia pallescens, Curvularia lunata , Curvularia geniculata, Cuvularia verruculosa və digər bu kimi bir neçə növləri əhatə edir. Curvularia lunata bu cinsli göbələklər içərisində insan və heyvanlarda ən geniş patogenlik edən növdür.

Makroskopik xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Curvularia cinsli göbələklər 25C də PDA mühitində sürətlə böyüyən yumuşaq koloniyalar əmələ gətirir. Koloniyanın rəngi başlanğıcda ağdan çəhrayımtıl boz rəngdə olur, getdikcə koloniuyanın rəngi yetkinlik ilə əlaqədar olaraq zeytuni qəhvəyi yaxud qara rəngdə olur.