Cökə | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Cökə |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Cökə (lat. Tilia) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinə aid bitki cinsi.
Şimal yarımkürəsinin bütün ilıq bölgələrinin gilli, sərin və nəmli torpaqlarında yetişir. Sürətlə böyüyən və 20-25 metrəyə kimi uzanan cökə ağaclarının gövdələrinin diametri 1.5 m belə ola bilər. Əvvəlcə düz olan gövdə qabığı, ağac yaşlandıqca çatlayır. Üstü tünd yaşıl yarpaqları uzun saplı, ürək formasında və kənarları da düzdür.
Yarpağın boz və ya gümüş rəngindəki alt tərəfində qılcıqlar var. İyun-avqust ayları arasında açan sarımtıl rəngli xüsusi xoş ətirli çiçəklərinin 3-5-i bir yerdə, yarpaqların orta damarına bağlı və sarılı vəziyyətdə olur. Ağacın tək toxumlu meyvəsi minik, yuvarlaq və qurudur. Cökə ağacı toxumu, gövdə çəlikləri ilə və ya boy atan köklərinin ayrılıb əkilməsi ilə çoxaldılır.
Cökənin çiçək və yarpaqlarında qlükozit, tanen, yapışqan bitki mayesi və tərkibində farnesol olan uçucu yağ mövcuddur. Xüsusilə çiçək və yarpaqları tibbi təsirlərindən ötürü istifadə edilən cökə ağacının ağ, yumşaq və homogen taxtası heykəltəraşlıq və bənzəri işlərdə, gövdə qabıqları boyaçılıq və xələt istehsalında istifadə edilməkdədir.
Mərkəzi Avropada əvvəllər bir çox kənddə cökə ağacı var idi. Mərkəzdə yerləşir və görüş nöqtəsi olaraq istifadə olunurdu. May ayının əvvəlində bu ağacın altında rəqs festivalları keçirildi. Bir çox vaxt burada kənd məhkəmələri yaradıldı. Beləliklə, cökə "məhkəmə ağacı" və ya "məhkəmə cökəsi" kimi də tanınır. Alman və slavyan xalqlarında cökə müqəddəs bir ağac hesab olunur.