kənd | |
Cızıxlar | |
---|---|
40°56′53″ şm. e. 43°51′22″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | Ağbaba mahalı |
Rayon | Qızıl Qoç rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.950 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Vikianbarda əlaqəli mediafayllar |
Cızıxlar — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Qızılqoç (Qukasyan) rayonunda kənd.[1]
Rayon mərkəzindən 15 km məsafə də yerləşir. 1937-ci ilə kimi Ağbaba rayonun tərkibində olmuşdur.
Toponim türk dilində «sərhəd», «hüdud», «mərz» mənasında işlənən cızıq sözündən[2] əmələ gəlmişdir. Relyeflə bağlı yaranan düzəltmə quruluşlu toponimdir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 12.XI.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Tsoxamarq qoyulmuşdur.
Cızıxlar qalası - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Qızılqaç (Qukasyan) rayonundakı Cızıxlar kəndində qala. Qalanın tikilməsini I əsrə aid edirlər[3].