Cəmşid

Cəmşid və ya Cümşüd AzərbaycanlılarFarsların əfsanəvi şahlarının adıdır. "Məlik Cəmşid" və ya "Məlik Cümşüd" hekayələri, Azərbaycan əfsanələri arasında böyük yer tutub. Cəmşid adı Avestadaki "Yimə" və Riq vedadaki "Yəmə" ilə oxşarlığı var.

Cəmşid Azərbaycan əfsanələrində

[redaktə | mənbəni redaktə et]

Vəhid Şükürzadə Bayramlar Bayramıməqaləsində ki El Bilimi nəşriyyəsində çap olub, bu barədə yazıb:"Osturəvi padişah Cəmşid, hələ də bizim xalq nağıllarımızada "Məlik Cümşüd" kimi tanınır".

İslami mənbələrdə

[redaktə | mənbəni redaktə et]

İslami mənbələrdə "Cəmşid"i peyğəmbər "Süleyman" ilə bərabər tutublar[1][2][3].

Məhəmməd Rza Xeyrifam Novruz Bayramının tarixsəl kökləri məqaləsində yazır:"Bir əfsanəyə görə Azərbaycanda Cəmşidin oxu ov ovlayarkən, bir daşa dəyib, ondan törənən qığılcımlar çevrədəki otları yandırır.Bunu görənlər diz çöküb, oda tapınıb, o günü Novruz adlandırırlar"[4]. Vəhid Şükürzadə Bayramlar Bayramıməqaləsində ki El Bilimi nəşriyyəsində çap olub, bu barədə yazıb:"Abureyhan Biruninin yazdığına görə Novruz osturəvi padişah Cəmşidin qızıl təxtə minib, Azərbaycana gəlməsi gündür(Pərviz Yekani – s.117).Məhəmməd Hüseyn Xələf oğlu Təbrizidə eyni rəvayəti belə yazmışdır:"Cəmşid yer üzünü gəzirmiş, Azərbaycana çatınca, boyurdu cəvahirlərlə suslənmiş təxtini üzü gündoğana, hündür bir yerdə qursunlar, özüdə cəvahir tacını başına goyub, təxt üzərində əyləşir.Gün çıxınca, işığı tac o təxtə düşərək, çox parlaq şoalar saçıldı, xalq sevinib, söylədilə:Bu yeni gündür"(Borhani qate)....həm də ağsaqqallarımızdan belə eşitmişik ki bu bayram "Məlik Cümşüd"dən qalıb".

  1. "Tebyan saytı". 2011-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-11-11. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  2. (Hac Mirzə Həsən Fəsayi, Farsnameyi Naseri)حاج میرزاحسن فسائی,فارس نامه ناصری
  3. Mocmələttəvarix vəlqisəs مجمل التواریخ و القصص
  4. "Arxivlənmiş surət". 2015-03-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-11-11. (#redundant_parameters); (#redundant_parameters)
  • El Bilimi Nəşriyyəsi
  • میر هدایت حصاری- آذربایجان فولکلورو – (نشر تابان و شهریور- تهران – ۱۳۷۹) Mir Hidayət Hisari,Azərbaycan Folkloru, Taban və Şəhrivər Nəşri,Tehran,2000
  • پرویز یکانی زارع – آذربایجان شفاهی ائل ادبیاتینا بیر باخیش (ناشر اندیشه نو، تهران، ۱۳۷۷) Pərviz Yekani Zare, Azərbaycan şəfahi el ədəbiyyatına bir baxış,Nəşr edici:Əndişeye No, Tehran 1998

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]