Cənub fır nematodu

Cənub fır nematodu
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Cənub fır nematodu
Beynəlxalq elmi adı
  • Meloidogyne incognita

Cənub fır nematodu (lat. Meloidogyne incognita) Dəyirmi qurdlar tipinin Nematodlar sinfinə aid olan növ.

Xarici quruluşu

[redaktə | mənbəni redaktə et]

Erkəklər çoc kiçikdirlər, qurdabənzərdir, dişilər isə armudabənzər formadadır. Zərər vuran əsasən dişilərdir, çünki çoxalmadan sonra erkəklər torpağa keçirlər. Fır nematodunun dişilərində çox vaxt partenogenez müşahidə olunur.[1].

Parazit həyat tərzi keçirirlər. Cənub fır nematodu bir çox bitkilərin adi kök parazitidir. O tərəvəzçiliyə daha çox ziyan vurur. Fır nematodu kəskin cinsi dimorfizmi ilə fərqlənir: erkələrdə bədən nematod formasındadır, hərəkətsiz dişilər kök toxumalarında armudvari olurlar. Əsas dişilər ziyan verir, erkəklər isə inkişafını başa çatdırıb torpağa düşür və qidalanmırlar. Bundan əlavə fır nematodlarında patogenez yolla çoxalma geniş yayılmışdır. Sahib bitkinin köklərində nematodlar şişlər – fırlar əmələ gətirirlər; onların içərisində parazitlərin özləri yerləşir. Dişilər yumurta qoyur. Yumurtaar xüsusi vəzilərin inkişafı ilə bir-birinə yapışır və qurdun arxa hissəsində yumurta kisəsi (ootek) formalaşır. İnkişaf edən sürfələr torpağa düşür və qonşu bitkiləri yoluxdurur. Əlvrişli şəraitdə bir-birinin ardınca fasiləasiz nəsillər davam edir ki, bu da köklərin kəskin zədələnməsinə səbəb olur. Fır nematodlarından məhsul itkisi 40–60%-ə çatır. Parniklərdə onlarla mübarizə aparmaq üçün kimyəvi preparatlar və yüksək temeperaturdan istifadə olunur (torpağın buxarla işlənməsi). Açıq torpaqda zədələnə bilməyən bitkilərin əlavə etməklə növbəli əkin tətbiq edilir.[2].[3]

Cənubda açıq torpaqda rast gəlinir (Orta Asiya, Qafqaz, Ukrayna). Şimalda isə ancaq parniklərdə olur və əsasən xiyar, pomidoru zədələyir.[4]

  1. "онурьасызлар зоолоэийасы" (PDF). 2022-03-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-05-18. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  2. V. A. Dogel "Onurğasızlar zoologiyası". Bakı, "Maarif", 1988, 288 səh.
  3. B. İ. Ağayev, Z. A. Zeynalova "Onurğasızlar Zoologiyası". Bakı, "Təhsil", 2008, 568 səh.
  4. V. A. Dogel "Onurğasızlar zoologiyası". Bakı, "Maarif", 1988, 288 səh.