Cənubi Afrika Həmkarlar İttifaqlarının Milli Şurası (ing. National Council of Trade Unions) — Cənubi Afrikanın ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatlarından biri. Baş qərargahı Yohannesburqda yerləşir.
Şura 1986-cı ildə Cənubi Afrika Həmkarlar İttifaqları Şurası və Azanian həmkarlar ittifaqlarının birləşməsi nəticəsində yaranmışdır.
Hazırda təşkilatın tabeçiliyində 17 həmkarlar ittifaqı təşkilatı fəaliyyət göstərir. Şura 397 min üzvü özündə cəmləşdirir. Onların sıralarında mədən, tikinti, təhsil, rabitə, yüngül sənaye və bir sıra digər sahələrin işçiləri var.
Şura ölkədə əmək münasibətlərinin qurulmasında aparıcı rol oynayır.
İşçilərin maraqlarını qorumaq və iş yerlərində baş verən haqsızlıqla mübarizə aparmaq üçün Şura dəfələrlə irimiqyaslı nümayiş, tətil, yürüşlər keçirib.