Cənubi Marutea

Cənubi Maruteo adası
fr. Marutea Sud
Ümumi məlumatlar
Sahəsi 14 km²
Əhalisi 178 nəfər (2002-ci il)
Yerləşməsi
21°30′ c. e. 135°35′ q. u.HGYO
Ölkə  Fransa Polineziyası
Akvatoriya
Cənubi Maruteo adası xəritədə
Cənubi Maruteo adası
Cənubi Maruteo adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Atollun kosmosdan təsviri.

Cənubi Maruteo (fr. Marutea Sud) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). Taiti adasından 1400 km cənub-şərqdə yerləşir. Ada həmçinin Tuamotu arxipelaqında yerləşən Maruteo Atollundan fərqlənməlidir.

Ada 112 km²-lik böyük bir laquna malik bir atoldur.

Marutea 4 fevral 1606-cı ildə əslən Portuqaliyadan olan ispan naviqatoru Pedro Fernandez Quiros tərəfindən kəşf edilmiş və onu San Blas adlandırmışdır. Başqa bir tarixi ad isə ingilis dənizçi Edvard tərəfindən adlandırılan Lord Huddur. 1984-cü ildə ada Tuamotu adalarından olan böyük qara mirvari taciri Robert Vanq tərəfindən satın alınmışdır. 1993-cü ildə Maruteada aerodrom tikilib.

İnzibati bölgü

[redaktə | mənbəni redaktə et]

İnzibati cəhətdən Qambier bələdiyyəsinin bir hissəsidir.

2002-ci ildə adanın əhalisi 178 nəfər idi.