Cənubi Qafqaz gürzəsi | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
| ||||||||||
Elmi təsnifat | ||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Cənubi Qafqaz gürzəsi |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Cənubi Qafqaz gürzəsi (Vipera transcaucasiana) — Əsl gürzələr cinsinə aid ilan növü. Bəzən isə buynuzlu gürzə adlandırılır.
Bədən uzunluğu 84 sm təşkil edir. Yuxarı hissəsi coşqun qara rəngdə olur.
Dağ kserofit ərazilərdə, meşəliklərdə, daşlı qayalıqların yaxınlığında, gilli ərazilərdə yayıla bilirlər. Onlar hətta 1700 m yüksəkliyi olan ərazilərdə belə müşahidə edilir. Əsasən gəmiricilər və kərtənkələlərlə qidalanır.
Yumurta qoymaqla çoxalır. 4–10 yumurta qoyurlar.
Cənubi Qafqaz gürzəsinə əsasən qərbi Azərbaycan, Gürcüstan, şərqi Türkiyə və İran ərazisində rast gəlmək olar.