Şəhər | |
Dəliməmmədli | |
---|---|
40°41′33″ şm. e. 46°34′29″ ş. u.HGYO | |
Ölkə | |
Tabesində | Sarov |
Region | Gəncə-Daşkəsən iqtisadi rayonu |
Rayon | Goranboy rayonu |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 7 fevral 1991 |
Mərkəzin hündürlüyü | 241 m |
İqlimi | subtropik |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 10.929 nəfər |
Milli tərkibi | azərbaycanlılar |
Etnoxronim | goranboylu |
Rəsmi dili | Azərbaycan dili |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +994 22 |
Poçt indeksi | AZ 2216 |
Nəqliyyat kodu | 22 |
Digər | |
goranboy-ih.gov.az | |
![]() |
Dəliməmmədli — Azərbaycan Respublikasının Goranboy rayonunun Dəliməmmədli şəhər inzibati ərazi dairəsində şəhər.[1] [2]
Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Goranboy rayonunun Dəliməmmədli şəhər tipli qəsəbəsinin əvvəlki adı saxlanılmaqla o, rayon tabeli şəhərlər kateqoriyasına aid edilmiş, Dəliməmmədli qəsəbə Soveti ləğv edilərək Dəliməmmədli şəhəri mərkəz olmaqla Dəliməmmədli şəhər Soveti yaradılmışdır.
Şəhər Gəncə-Qazax düzənliyində, Bakı-Tbilisi dəmiryolunun 349-cu kilometrliyində, Goranboy şəhərindən 26 kilometr şimal-qərbdə, Gəncə şəhərindən 17 km, Bakı şəhərindən 355 km məsafədə, Bakı-Qazax magistral yolu üzərində yerləşir. Şəhərin özündən və Sarovlu kəndindən Kürəkçayın qolları olan üç kiçik çay axır. Şəhər və ətraf torpaqlar açıq şabalıdı torpaq tipindədir.
Ərazi əsasən subtropik iqlim qurşağına aid edilir. Ərazidə daha çox mülayim hava kütlələri üstünlük təşkil edir. Qışı çox sərt deyil, yayı isə istidir. Qışda orta temperatur 2⁰C, yayda isə 23,6⁰C-yə yaxındır.
Şəhər əhalisinə görə Azərbaycanda 122-ci böyük yaşayış məntəqəsidir. Goranboy rayonu ərazisində Goranboy, Naftalan şəhərləri və Qızılhacılı qəsəbəsindən sonra ən çox əhaliyə sahib yaşayış məntəqəsidir, 5532 nəfər əhalisi var. Şəhər bələdiyyəsinin tabeliyində 361 nəfər əhalisi olan Sarovlu kəndi yerləşir.
№ | Yaşayış Məntəqəsinin adı | Hər məntəqə üzrə əhalinin sayı |
---|---|---|
1 | Dəliməmmədli şəhər | 10929 |
2 | Sarovlu kənd | 361 |
3 | Cəmi | 11.290 |
İl | 1989 | 2002 | 2005 | 2023 | |
---|---|---|---|---|---|
Əhali | 4560 | 4740 | 4810 | 11290 | |
Hesablama növü | Rəsmi siyahaya alma | Rəsmi hesablama | Rəsmi hesablama | Rəsmi hesablama |
İllik artım | 1,54 % (2010) |
---|
Şəhər iqtisadi cəhətdən çox əlverişli mövqedə yerləşir. Burada pambıq təmizləmə və süd zavodları, maşınqayırma avadanlıqları fabriki, gübrə zavodu, gips zavodu, taxıl qəbulu məntəqəsi fəaliyyət göstərir.
Şəhərdə Goranboy rayonu üzrə aqroservis və aqrolizinq xidməti, kitabxana, mədəniyyət sarayı, kinoqurğu, məişət evi, idman meydançası, dəmiryolu stansiyası, bank, poçt, rabitə şöbəsi mövcuddur.
Şəhərdə uşaq musiqi məktəbi, peşə məktəbi, uşaq bağçası fəaliyyət göstərir.
M.Zeynalov adına tam orta məktəb
Dəliməmmədli şəhərində yerləşən M.Zeynalov adına tam orta məktəb şəhərin əsas təhsil ocaqlarından biridir. Bu məktəb, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərir.
Məktəb binası üç mərtəbəli, 960 şagird yerlikdir. Məktəbdə ibtidai siniflər üçün 16, orta və tam orta siniflər üçün isə 24 olmaqla, ümumilikdə 40 sinif otağı fəaliyyət göstərir. Bundan əlavə, 576 yerlik akt zalı, 320 yerlik yeməkxana və idman zalı da şagird və müəllimlərin istifadəsinə verilmişdir.
Şəhərdə "Əkbər Cümə" məscidi dini icması fəaliyyət göstərir[3].
Şəhərdə xəstəxana mövcuddur.