Dəniz bəbiri

Dəniz bəbiri
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Dəniz bəbiri
Beynəlxalq elmi adı

Dəniz bəbiri (lat. Hydrurga leptonyx) — Əsl suitilərə daxildir. Əsasən Subantarktik qurşaqda Cənub okeanı sularında yaşayır. Onlar əsasən Pərayaqlılarla qidalanır.

Xariçi görünüş

[redaktə | mənbəni redaktə et]

Dəniz bəbirinin sürüşkən bədəni ona suda yüksək sürət yığmağa imkan verir. Suda sinxron hərəkət edir. Erkək dəniz bəbiri 3 metr, dişilər isə 4 metr uzunluğa malik olur. Erkəklər 270 kq, dişilər isə 400 kq çəkiyə sahib ola bilirlər. Yuxarı hissəsi tünd boz, aşağı nahiyəsi isə gümüşü-ağ rəngə malikdir. Başında boz ləkələr vardır.

Dəniz bəbiri əsasən Antarktida sahilləri və onu əhatə edən buzlaqlarda yaşayır. Cavan dəniz bəbirləri bəzi hallarda subantarktik qurşaqda yerləşən adalara qədər gəlirlər. İstisna hallarda isə (yolunu azanda) Avstraliya, Yeni ZelandiyaOdlu Torpaq arxipelaqı ərazisində görsənir.

Xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]
Dəniz bəbiri (buz üzərində)

Dəniz bəbiri 40 km/s sürət yığa bilir. 300 metr dərinliyə enir. Onlar əsasən Ueddell suitisi, Yengəcyeyən suiti, Qulaqlı suitiPinqvinlərlə qidalanlır. Daimi qidaları arasında suitilər və pinqvinlər daha çox üstünlük təşkil edir. Şikarlarına elə sudaca hüçüm edir və öldürür. Qaçan şikarın dalınca uzun məsafəyə üzə bilir. Yengəcyeyən suitilərin üzərlərində çox zaman dəniz bəbirinin diş izlərinə rast gəlmək olar.

Onların qidalarında mühüm hissəni Kril təşkil edir. Üstəlik balıqlar və yengəclərlə qidalanırlar. Bununla belə kiçik canlılar ikici xarakter daşıyır. Ortalama götürdükdə 45 % kril, 35 % suiti, 10 % pinqvin və yerdə qalan 10 % isə digər canlılar onun qidasını təşkil edir.

Dəniz bəbirləri tənha yaşayırlar. Bəzən isə cavan dəniz bəbirləri kiçik qruplar halında yaşayır. Dəniz bəbirləri noyabr-fevral ayları ərzində elə dənizdə ikən çütləşir. Bu hal istisna erkəklərlə dişilər demək olan ki yaxınlıq etmirlər. Sentyabr-yanvar ayları ana bir baş bala doğur. Dörd həftə ərzində ana balasını südlə bəsləyir. 3–4 ilində yetkinlik yaşına çatır. Orta ömür müddəti 26 ildir.

İnsanlara hücumu

[redaktə | mənbəni redaktə et]

Bəzən dəniz bəbirləri insanlara hücum edirlər. 22 iyul 2003 ildə sualtı üzmə zamanı alim Kristi Braun dəniz bəbirinin hücumuna məruz qalmışdır[3]. 8 dəqiqə ərzində dəniz bəbiri onu 70 m dərinlikdə tutub saxlamışdır. Bu yeganə ölüm faktıdır. Əvvəllərdə onların insanlara hücum fakları olmuşdur. Onlar qayıqlara hücum etməkdən belə çəkinmirlər. İnsanların ayaq nahiyəsindən yapışaraq onları suyun dibinə çəkirlər. Əsasən elmi stansiya əməkdaşları daha çox bu tip hücumlara məruz qalır. Onların bu cür addımı şikarlarını dəqiq seçə bilməməsi ilə əlaqədardır. Tanınmış Kanadalı fotoqraf Pol Niklen dəniz bəbirinin pinqivinləri ovlamasını çəkərkən dəniz bəbirinin ona öz ovunu ona gətirdiyini deyir. Üstəlik bəbir ona hücum etməmiş, əksinə əlaqə yaratmaq istəmişdir.

Sayı və statusu

[redaktə | mənbəni redaktə et]

Yengəcyeyən suitiUeddell suitisi kimi dəniz bəbiridə Antarktidanın say baxımından çox olan suitilərindəndir. Alimlərin fikirncə cənub dənizlərində 400 min baş dəniz bəbiri vardır. Bu növün tükənmə təhlükəsi yoxdur.

  1. Integrated Taxonomic Information System (ing.). 1996.
  2. Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0
  3. "Leopard Seal Kills Scientist in Antarctica". 2018-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-08-02.
  • Ronald M. Nowak: Walker’s Mammals of the World. 6th Edition. Johns Hopkins University Press, Baltimore 1999, ISBN 0-8018-5789-9