Dəniz səviyyəsi — okean və dənizlərdə sərbəst su səthinin şərti qəbul edilmiş başlanğıça nisbətən şaquli xətt üzrə vəziyyəti.
Dəniz səviyyəsi ağırlıq qüvvəsinin, həmçinin qabarma və çəkilmə, atmosfer təzyiqi, günəş radiasiyası, materik axını və s. təsiri nəticəsində daim dəyişir. Dəniz səviyyəsi orta çoxillik, orta illik, orta aylıq, orta günlük və "ani" olur. Orta çoxillik dəniz səviyyəsi dənizin sakit vaxtındakı səviyyəsinə uyğundur. Bu səviyyə quruda mütləq yüksəklik və dənizdə dərinliklər hesablanarkən başlanğıç səviyyə kimi qəbul edilir.
Müxtəlif dəniz və okeanlarda suyun səviyyəsi küləyin istiqamətindən və gücündən, qabarma və çəkilmədən, buzların əriməsindən, çayların gətirdiyi sulardan asılı olaraq dəyişilir. Lakin dənizlərin orta səviyyəsi isə hər yerdə eynidir.[1]
Coğrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |