Dərman köpəkdili

Dərman köpəkdili
Elmi təsnifat
Beynəlxalq elmi adı

Dərman köpəkdili (lat. Cynoglossum officinale) — bitkilər aləminin göyzabançiçəklilər dəstəsinin göyzabankimilər fəsiləsinin köpəkdili cinsinə aid bitki növü.

Botaniki xarakteristikası

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 40-85 sm, gövdəsi sıx yarpaqla örtülmüş, düzduran, şırımlı, yuxarı hissədə süpürgəvari budaqlanmış, bozumtul tüklü, qara mil kökləri torpağın içərisinə vertikal yeriyən ikiillik ot bitkisidir. Yarpaqları yumşaq və basıqtükcüklüdür, uzundur, neştərə oxşar, sivri ucludur, aşağı yarpaqları saplağa daralmışdır və saplaqla birgə uzunluğu 10-21,5 sm, eni 18-30 mm-dir. Ondan sonrakı yarpaqlar oturaqdır, uzunluğu 9-19 sm və eni 12-20 mm-dir; kökətrafı yarpaqları bitki çiçək açana qədər quruyur. Çiçək qrupu süpürgəvaridir və meyvə verəndə budaqları uzanmış halda olur. Çiçək saplağı yumşaq-boz tükcüklüdür və nazikdir, kasacıqla eynidir, meyvə verən zaman 10-13 sm-ə qədər uzanır və aşağıya doğru qövsşəkilli əyilir. Tac çirkli tünd-qırmızı və ya qırmızı-göy rənglidir, qıfa oxşardır. Fındıqcalar 5-7 mm uzunluqdadır, enliyumurtavari, arxa hissədən demək olar ki, yastı, kənarları az qalxmış və qalınlaşmışdır, üzərində seyrək tikanları vardır. Fındıqcanın yan və qarın tərəfi tikanlarla sıx örtülüdür. May-iyun aylarında çiçəkləyir, iyul ayında meyvə verir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

BQ (Quba), BQ şərq, BQ qərb, Alazan-Əyriçay, Kür düz., KQ şimal, Nax.-dağ., Talış. Orta dağ qurşağına qədər. Kolluqların arasında, tullantı yerlərdə, çayların çınqıllı yerlərində bitir.

Yaşayış mühiti

[redaktə | mənbəni redaktə et]

Kolluqlarda, çayların çınqıllı yerlərində, alaqlı yerlərdə rast gəlinir.

Təsərrüfat əhəmiyyəti

[redaktə | mənbəni redaktə et]

Tərkibində zəhərlialkaloid olan bitkidir. Bundan başqa tərkibində efir yağları da vardır və bal verən bitkidir.

  1. Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 134.