Daewoo Nexia

Daewoo Nexia
Ümumi məlumatlar
İstehsalçı Daewoo MotorsGM Daewoo (2011-ci ilədək)
UzDaewooAuto
İstehsal ili 1994—1997 (Cənubi Koreya)
1995–2002 (Vyetnam)
1996–2008 (Misir)
1996–2007 (Rumıniya)
1996–h.h. (Özbəkistan)
Yığım Asaka, Özbəkistan
Sinfi C
Başqa adı Daewoo Cielo
Ravon Nexia
Daewoo LeMans
Dizayn
Platforma Opel Kadett E
Güc xüsusiyyətləri
Mühərrik
Transmissiya 5 (mexanika), 4 (avtomat)
Qabariti
Uzunluğu 4482 mm
Eni 1662 mm
Hündürlüyü 1393 mm
Klirens 158 mm
Təkər bazası 2.520 mm
Arxa təkər çevrəsi 1406 mm
Ön təkər çevrəsi 1400 mm
Kütləsi 1.025 kq
Dinamika
Sürətlənmə (0–100 km/s) 12,5 (1,5 üçün)
Maksimal sürət 172 (1,5 üçün)
Digər
Yanacaq sərfi 90 km/saat (5,2/5,6)
120 km/saat (6,7/7,4)
10,2/10,4 (1,5 üçün)
Bakın tutumu 50
Dizayner Corcetto Cucaro, ItalDesign
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Daewoo Nexia — Cənubi Koreyanın Daewoo kompaniyası tərəfindən hazırlanan avtomobil. Avtomobil 1984–1991-ci ildə istehsal olunmuş Opel Kadett E avtomobilinə əsaslanmışdır. 1996-cı ildən etibarən Özbəkistanın Asaka şəhərində istehsal olunur. Avtomobil MDB məkanından populyardır. 500000-dən çox avtomobil istehsal edilib.

Birinci nəsil Nexia

Daewoo Nexia — Opel Kadett E-nin əsasında yaradılmışdır və 1994-cü ildən etibarən istehsal olunur. Model Cənubi Koreyada Daewoo Cielo adı ilə satılırdı. Cənubi Koreya ilə yanaşı Daewoo Nexia 1996-cı ildən etibarən Daewoo-nun xarici filiallarında da istehsal olunmağa başlandı. 1998-ci ilə kimi Rostovda (Rusiyada) da Daewoo Nexia istehsal olunurdu. Hazırda model yalnız Özbəkistanın Asaka şəhərində istehsal olunur.

Avtomobil sedan kuzovludur. Hazırda avtomobil iki əsas komplektasiyalarda satılır: baza GL və genişləndirilmiş GLE. GLE versiyada dekorativ təkər qabaqları, atermal şüşələr, bəzək bamperləri və s. vardır. Avtomobil kondisionerlə təchiz olunmuşdur və bəzi modellərdə sükanın hidrogücləndiricisi var. 1996-cı ildən 2002-ci ilə kimi 1,5 L G15MF mühərriki ilə avtomobil təchiz olunmuşdur.

2002-ci ildə maşının özbək versiyasında ilk restaylinq olur. Nəticədə kuzov və mühərrik dəyişdirilir. Avtomobil A15MF mühərriki ilə təchiz olunur. Avtomobilin bu versiyası 2008-ci ilə kimi istehsal olunur.

2008-ci ilin restaylinqi

[redaktə | mənbəni redaktə et]
Nexia restaylinqdən sonra
Nexia restaylinqə kimi (sağda) və restaylinqdən sonra (solda)

2008-ci ildə UzDaewoo kompaniyası modelin restaylinqini etdi. Əsasən maşının qabaq və arxa bamperləri, optika, salon yeniləndi. Maşın Chevrolet Lanos maşının A15SMS mühərriki ilə və Chevrolet Lacetti avtomobilinin F16D3 mühərriki ilə təchiz olundu.

2015-ci ildən etibarən Daewoo Nexia avtomobilinin adı dəyişdirilərək Ravon Nexia oldu. Bununla yanaşı maşının dizaynı dəyişdirildi və Chevrolet Aveo T250 maşının dizaynına əsaslandı.