Dai (ərəb. داعي, "dəvət edən") — bir qayda olaraq, insanların İslama dəvəti ilə məşğul olan şəxs.[1] Fatimilər xilafəti dövründə dai termini irsi imamlardan başqa mühüm dini rəhbərlərə istinad etmək üçün istifadə olunurdu, "dəvət" isə ruhani xarakterli bir təşkilat idi. "Mütləq dai" indiki dövrdə Davudi ismaili icmasının rəhbərinin tituludur.[2]