Damilola Adeqbayt | |
---|---|
![]() | |
Doğum tarixi | 18 may 1985 (39 yaş) |
Doğum yeri | |
Uşağı | 1 |
Fəaliyyəti | aktrisa, model[d] |
Fəaliyyət illəri | 2008-ci ildən |
IMDb | ID5270569 |
Damilola Adeqbayt (ing. Damilola Adegbite; 18 may 1985, Laqos) — Nigeriya aktrisası, modeli və televiziya şəxsiyyəti.
Damilola Adeqbayt 18 may 1985-ci ildə Nigeriyanın Laqos ştatının Surulere şəhərində anadan olmuşdur. O, Kvins Kollecini bitirmiş və Bouen Universitetində biznes idarəçiliyi üzrə təhsil almışdır.[1]
Damilola Adeqbayt "Parıltı" (2008–2012) sabun operasında Telema Dyuk rolu ilə aktyorluq sahəsində debütünü etmişdi. Buna baxmayaraq, o, həm də reklamlarda işə düzəlmiş və televiziya proqramlarına aparıcılıq etmişdir.[1] Adeqbayt "Çiçək qız" filmindəki Kemi Vilyams rolu ilə də tanınır. 2011-ci ildə Nigeriya Əyləncə Mükafatlarını Ən Yaxşı Qadın Aktyor mükafatını qazanmışdır.[2][3]