Dandi Universiteti

Dandi Universiteti
Xəritə
56°27′26″ şm. e. 2°58′49″ q. u.
Əsası qoyulub 1881
Tələbə sayı 18.610
Ölkə
Sayt dundee.ac.uk
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dandi UniversitetiŞotlandiyanın Dandi şəhərində ictimai tədqiqat universiteti.

Harris Binası

Universitet 1881-ci ildə məşhur Baxter ailəsi tərəfindən universitet kolleci kimi qurulmuşdur. İlk zamanlar Sent Endryus Universitetinin tərkibidə kollec idi.[1]

1883-cü ildə universitet 5 fakültədən ibarət idi: Riyaziyyat və Təbiət fəlsəfəsi, Kimya, Mühəndislik, Ingilis dili və ədəbiyyatı, Tarix və fəlsəfə. Universitet Kollecinin dərəcələr vermək səlahiyyəti yox idi və bir neçə il ərzində tələbələr London Universitetinin xarici imtahanlarına hazırlanırdılar.[2]

1 avqust 1967-ci ildə kral nizamnaməsi ilə özünün qədim irsinin elementlərini və idarəetmə strukturunu saxlayaraq müstəqil universitet statusu qazandı.[3]

1994-cü ildə İncəsənət Kolleci universitetin bir hissəsi oldu. 2001-ci ildə Şimali Kollecin Dandi şəhərciyi (Tədris Təhsili) də universitetin fakültəsinə çevrildi.

2005-ci ilin oktyabrında universitet Böyük Britaniyada ilk UNESCO mərkəzini açdı. IHP-HELP Su Hüququ, Siyasəti və Elm Mərkəzi Birləşmiş Millətlər Təşkilatı adından qlobal su idarəçiliyi üzrə tədqiqatlarda iştirak edir.[4]

2007-ci ildə Mühasibat uçotu və maliyyə fakültəsi açıldı. İndi bu fənlər Biznes Məktəbinin bir hissəsidir.

  • Şəhər Kampusu[5]
  • Ninevells Kampusu — Tibb fakültəsinin tələbələri üçün
  • Kirkcaldi Kampusu — Elmlər Məktəbinin bir hissəsi[6]

Akademik strukturu

[redaktə | mənbəni redaktə et]
  1. https://web.archive.org/web/20210801095332/https://www.dundee.ac.uk/50/stories/history/
  2. https://web.archive.org/web/20100914105055/http://www.shl.lon.ac.uk/specialcollections/archives/studentrecords.shtml
  3. https://web.archive.org/web/20220707194246/http://www.dundee.ac.uk/media/dundeewebsite/pgla/documents/calendar/Charter.pdf
  4. https://www.dundee.ac.uk/water
  5. https://web.archive.org/web/20170205002404/https://www.dundee.ac.uk/main/campusmap/
  6. https://www.dundee.ac.uk/student-life/campus
  7. "School of Science and Engineering | University of Dundee, UK".

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]