UNESCO-nun Ümumdünya irsi obyekti | |
---|---|
Archaeological Border complex of Hedeby and the Danevirke | |
![]() | |
Ölkə |
![]() |
Tip | Mədəni |
Kriteriya | iii, iv |
Keçid | 1553 |
Daxil edilməsi | 2018 (qeyri-məlum sessiya) |
|
|
Danevirke (dan. Dannevirke, q.skan. Danavirki, alm. Danewerk)[1][2] — Almaniyanın şimalında, Şlezviq-Holşteyn torpağında tarixi Danimarka istehkamlar sistemi. Danevirke vikinqlər dövründə Yutlandiya yarımadası boyunca inşa edilmiş əhəmiyyətli bir müdafiə quruluşudur. Bundan sonuncu dəfə 1864-cü ildə hərbi məqsədlər üçün istifadə edilmişdir.
Danevirke yarımadanın qərbindəki bataqlıqlardan Şlezviq şəhərinə qədər uzanır. Divarın başqa bir hissəsi Şvansen yarımadasını qoruyurdu.
Yazılı mənbələrə görə, Danevirkenin tikintisi prosesinə Danimarka kralı Qudfred 808-ci ildə başlamışdır.[3] O vaxta qədər Friziya və Qədim Saksoniya xalqlarını fəth etmiş frankların işğalından qorxan Qudfred öz torpaqlarını müdafiə etmək üçün Yutlandiya yarımadasını Frank krallığının şimal hüdudlarından ayıran nəhəng bir tikili üzərində işləməyə başlamışdı.[4]
Quruluşun uzunluğu təqribən 30 km, hündürlüyü 3,6–6 metr arasında dəyişir.[5]