Danger Mouse

Danger Mouse
ing. Brian Burton
Ümumi məlumatlar
Doğum adı Brian Joseph Burton
Ləqəbi Danger Mouse
Doğum tarixi 29 iyul 1977(1977-07-29)[1] (47 yaş)
Doğum yeri
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni-mahnı yazarı, musiqi prodüseri, dicey, repçi, səsyazma sənətçisi[d]
Fəaliyyət illəri 1998-ci ildən
Janrlar hip-hop[d], R&B[2]
Musiqi alətləri sintezator, gitara[2], zərb qurğusu[d][2]
Albom şirkəti Capitol Records[d]
Təhsili
dangermousesite.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Danger Mouse (əsl adı: Brayan Cozef Börton; 29 iyul 1977[1], Uayt-Pleyns[d], Nyu-York ştatı[1]) — ABŞ musiqiçisi, səsyazma prodüseri. O, 2004-cü ildə çıxardığı özünün debüt studiya albomu olan "The Grey Album" sayəsində tanınma qazanıb. O, bu albomunda repçi Jay-Z-nin "The Black Album" albomundan olan vokal parçalarını The Beatles-ın məşhur "The White Album" albomundan olan instrumentallar ilə məharətli şəkildə birbirinə calalamışdır.[3] 2008-ci ildə "Esquire" jurnalı onun adını XXI əsrin ən təsirli 75 şəxsi arasında göstərmişdir.

Danger Mouse 2003-cü ildə repçi CeeLo Green ilə soul musiqi duosu olan "Gnarls Barkley"-ni formalaşdırıb.[4] Bu layihə çərçivəsində iki studiya albomu çıxarıb: "St. Elsewhere" (2006) və "The Odd Couple" (2008). Danger Mouse 2009-cu ildə indi-rok qrupu The Shins-in vokalisti Ceyms Merser ilə bir araya gələrək Broken Bells-i formalaşdırıb. Bu qrupun üç studiya albomu işıq üze görüb: "Broken Bells" (2010), "After the Disco" (2014) və "Into the Blue" (2022). Danger Mouse həmçinin repçi MF Doom ilə "Danger Doom" superqrupunu yaradıb. Onların yeganə albomu olan "The Mouse and the Mask" 2005-ci ildə yayımlanıb. Danger Mouse 2022-ci ildə repçi Black Thought ilə "Cheat Codes" adlı kollaborativ studiya albomu çıxarıb.

Danger Mouse 22 dəfə "Qremmi" mükafatına namizəd olmuş və onlardan 7-sini qazanmışdır. O, beş dəfə "İlin prodüseri" kateqoriyasında namizəd göstərilmiş və 2011-ci ildə qalib gəlmişdir.

Brayan Cozef Börton 29 iyul 1977-ci ildə Nyu-York ştatının Vayt-Pleyns şəhərində anadan olub.[5] Uşaqlığının böyük hissəsini Sprinq-Valli villicində keçirib. O, yeniyetmə yaşlarında Corciya ştatında yerləşən Ston-Montein şəhərinə köçüb. Orada, Redan High School-da orta təhsilini başa vurub.[6] O, Atens şəhərindəki Corciya Universitetinə qəbul olmuş və telekommunikasiya üzrə təhsil almışdır.[7] İlk trip-hop janrında olan əsərlərini tələbəlik illərində buraxıb: "The Chilling Effect" (1999), "Rhode Island" (2000) və "Pelican City / Scanner – Pelican City vs. Scanner" (2002).[8] Universitetdə təhsil alarkən o, Neutral Milk Hotel kimi indi-rok qruplarının mahnılarını remiks etmişdir. O, gənc yaşlarında universitetinin radiostansiyası WUOG-FM üçün diceylik də edirdi.[9]

Danger Mouse-nin prodüseri olduğu albomlar
Artist Title Buraxılış ili
Prince Po The Slickness 2004
Gorillaz Demon Days 2005
Busdriver Fear of a Black Tangent
The Rapture Pieces of the People We Love 2006
Sparklehorse Dreamt for Light Years in the Belly of a Mountain
The Good, the Bad & the Queen The Good, the Bad & the Queen 2007
The Black Keys Attack & Release 2008
The Shortwave Set Replica Sun Machine
Martina Topley-Bird The Blue God
Beck Modern Guilt
The Black Keys Brothers 2010
El Camino 2011
Electric Guest Mondo 2012
Norah Jones Little Broken Hearts
Portugal. The Man Evil Friends 2013
The Black Keys Turn Blue 2014
U2 Songs of Innocence
ASAP Rocky At.Long.Last.ASAP 2015
Adel 25
Michael Kiwanuka Love & Hate 2016
Red Hot Chili Peppers The Getaway
Various Artists Resistance Radio: The Man in the High Castle Album 2017
Portugal. The Man Woodstock
Parquet Courts Wide Awake! 2018
Sam Cohen The Future's Still Ringing in my Ears 2019
Michael Kiwanuka Kiwanuka
MGMT Loss of Life 2024
  1. 1 2 3 4 Deutsche Nationalbibliothek Record #13547535X // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  2. 1 2 3 Montreux Jazz Festival Database.
  3. Rambarran, Shara. Virtual Music Sound, Music, and Image in the Digital Era. New York: Bloomsbury. 2021. ISBN 9781501336379. OCLC 1236265553. 2023-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-05.
  4. Rambarran, Shara. "Virtual Music: Sound, Music, and Image in the Digital Era". Bloomsbury (ingilis). April 2021. 2024-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-09.
  5. "Danger Mouse Biography". biography.com. April 2, 2014. July 28, 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: July 28, 2018.
  6. "Danger Mouse". Spotify. Spotify USA Inc. 27 March 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 March 2019.
  7. "15 Famous Alumni From The University of Georgia – 11. Danger Mouse". society19.com. Society19 Media LLC. March 29, 2017. 27 March 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 March 2019.
  8. "Pelican City Discography at Discogs". Discogs.com. October 13, 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 12, 2012.
  9. "How's this for mash-up: Danger Mouse meets Cee-Lo". Chicago Tribune. 2010-09-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 23, 2006.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]